Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür, müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunur.
Vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq mayın 23-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul etdi.
Mayın 22-də rayonumuzun Vilvan kəndində əsl bayram əhval-ruhiyyəsi var idi. Həmin gün kəndin ağsaqqalı, “Vilvan” kəndli-fermer çayçılıq təsərrüfatının başçısı İlyas Əliyevin rəhbərlik etdiyi təsərrüfatda məhsul yığımının başlanması münasibətilə “Çay bayramı” keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 22-də Viyən kəndində keçirdi. Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Mayın 21-də Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.