Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İstisu qəsəbəsinin sakinləri Taleh Qaraşovun görüş-qəbulundan razı qalıblar

24 aprel 2024 | 17:12
   Aprelin 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu İstisu qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər.
   Taleh Qaraşov aprelin 19-da rəsmi Bakı ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə əldə etdikləri razılıq münasibətilə görüş iştirakçılarının simasında bütün lənkəranlıları təbrik edib. Bildirilib ki, bu, dövlət başçısının diplomatik masadakı növbəti qələbələrindəndir, bütün lənkəranlılar bu sevincə şərik olur və cənab Prezident İlham Əliyevə təşəkkür edirlər.
  Daha sonra icra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Taleh Qaraşov səyyar görüşlərdə qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşıldığını xatırladan icra başçısı bildirib ki, vətəndaş məmnunluğunun təmin olunması üçün yerli icra hakimiyyətinin bütün kollektivi, eləcə də aidiyyəti idarələr bütün potensial imkanlarından istifadə edirlər. “Bütün vəzifəli şəxslər və dövlət qulluqçuları ilk növbədə vətəndaşları narahat edən məsələlərin aydınlaşdırılmasına, araşdırılmasına, təhlil edilməsinə, həlli yollarını müəyyənləşdirməsinə və nəticə etibarı ilə vətəndaşların məmnunluğunun təmin edilməsinə borcludurlar, bu dövlət başçısının hər birimizin qarşısında qoyduğu əsas tələblərdəndir”.
  Yerli sakinlər də çıxışlarında 4 kəndimizin geri qaytarılması barədə əldə olunan razılığa görə cənab Prezident İlham Əliyevə təşəkkür ediblər. Bildirilib ki, xalq-dövlət-hakimiyyət birliyi imkan verir ki, bütün problemlər və çatışmamazlıqlar həll olunsun. Yerli insanlar bu yolda daim cənab Prezidentin yanında olduqlarını təkrarlayıblar. Qəsəbə sakinləri dövlətin Qarabağda geniş bərpa-quruculuq işlərinin görülməsi, iqtisadi və maliyyə yükünün fonunda regionlarda da geniş həcimli layihələri həyata keçirdiyini ifadə ediblər və buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını vurğulayıblar.
Keçidlər