Açıq Məlumatlar
Açıq Məlumatlar Portalının yaradılmasının əsas məqsədləri:
- dövlət və özəl subyektlərin informasiya sistemlərində toplanan açıq məlumatlara əlçatanlığı təmin etmək;
- dövlət və özəl subyektlərin informasiya sistemlərində toplanan açıq məlumatların tamlığını təmin etmək;
- innovasiya ekosisteminin, startapların və sahibkarların məlumat əsaslı yeni məhsul və xidmət yaratmasını dəstəkləmək;
- təhlil və tədqiqat işləri zamanı informasiyanın müxtəlif formatlarda əldə edilməsini asanlaşdırmaq;
Portalın ilk versiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2015-ci ildə yaradılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası üzrə İş Planına uyğun olaraq yeni versiyası istifadəyə verilmişdir. Yeni versiyada daha dayanıqlı arxitektura qurulması, məlumatların insan tərəfindən oxuna bilən formatda təqdim edilməsi, yeni xidmətlərin əlavə edilməsi prosesinin asanlaşdırılması, genişləndirilmiş axtarış imkanlarının tətbiqi və digər funksiyalar nəzərə alınmışdır.