Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 10 küçənin asfaltlanması yekunlaşıb

02 aprel 2024 | 17:24

     Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlə Planına uyğun olaraq cari ildə şəhərin təmirə ehtiyacı olan küçələrinin asfaltlanması həyata keçirilib. Qeyd olunduğu kimi, şəhərin  Milli Qəhrəman Etibar Əliyev, şəhid Mirxəyal Kərimzadə, şəhid Anar Səfərov, şəhid Samir Allahverdiyev (Şeyx Zahid dalan 2), M.Ə.Rəsulzadə, H.Nəsir, Kələntərlilər, M.Əsədov, A.İsmayılov və B.Mirsaleyev dalan 2 küçələrinin asfaltlanması yekunlaşıb.
Bundan əlavə, hazırda şəhərin təmirə ehtiyacı olan digər küçələrində də avtomobillərin, eləcə də əhalinin rahat hərəkətini təmin etməkdən ötrü cari təmir işləri aparılır.
    Məlumat üçün qeyd edək ki, Lənkəran ŞİH tərəfindən təmirə ehtiyacı olan bütün küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri davam etdiriləcək.
     Son bir neçə gündə 10 küçənin asfaltlanması, habelə cari təmir işlərinin görülməsini Lənkəran sakinləri məmnuniyyətlə qarşılayır, rayonunumuza göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər