Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 10 küçə asfaltlanıb, təmirə ehtiyacı olan küçələrin isə cari təmiri aparılır

03 aprel 2024 | 17:15
   Yol infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) davamlı olaraq fəaliyyət göstərir. Hər il olduğu kimi cari ildə də əsaslı təmirə ehtiyacı olan küçələrin asfaltlanması həyata keçirilir. Qeyd edək ki, bu il 10 küçənin - Milli Qəhrəman Etibar Əliyev,şəhid Mirxəyal Kərimzadə, şəhid Anar Səfərov, şəhid Samir Allahverdiyev (Şeyx Zahid dalan 2),M.Ə.Rəsulzadə, H.Nəsir, Kələntərlilər, M.Əsədov,A.İsmayılov və B.Mirsaleyev dalan 2 küçələrinin asfaltlanması yekunlaşıb. Eyni zamanda, Lənkəran ŞİH tərəfindən hazırda təmirə ehtiyacı olan küçələrdə cari təmir işləri aparılır. Belə ki, Z.Əliyeva, Mirhaşım Ağayev, Hacılar, M.Ə.Sabir, Nizami, 20 Yanvar, Gülağa Məmmədov, Vağzal dairəsi, H.Aslanov, Mir Mustafaxan və M.M.Axund küçələrində cari təmir işləri aparılıb. Hazırda şəhərin digər küçələrində cari təmir işləri görülür.
   Qeyd edək ki, cari ildə sözügedən küçələrdən əlavə daha 11 küçənin dövlət büdcəsi hesabına əsaslı təmiri nəzərdə tutulub, bu istiqamətdə müvafiq sənədləşmə işləri yekunlaşmaq mərhələsindədir.
Keçidlər