Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 10 küçə asfaltlanıb, 23 küçədə cari təmir aparılıb

05 aprel 2024 | 12:51

     Lənkəranda yolların əsaslı və cari təmiri Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) daim diqqətdə saxladığı məsələlərdəndir. Hər il olduğu kimi rayonun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planı əsasında  büdcədən ayrılan vəsaitə uyğun olaraq təsdiq olunan qrafik üzrə işlər aparılır. Cari ildə  1-i Milli Qəhrəman, 3-ü şəhidlərimizin adına olmaqla ümumilikdə 10 küçədə əsaslı təmir yekunlaşıb, yollara isti asfalt örtüyü döşənib və əhalinin istifadəsinə verilib. Bundan başqa, daha 23 küçədə cari təmir işləri aparılıb.

     Qeyd edək ki, 2024-cü il ərzində daha 11 küçənin dövlət büdcəsi hesabına əsaslı təmiri nəzərdə tutulub.Yol infrastrukturunun yenilənməsi, yolların əsaslı və cari təmiri lənkəranlılar tərəfindən böyük rəğbətlə və məmnunluqla qarşılanıb. Yerli insanlar icra hakimiyyətinə ünvanladıqları yazılı və şifahi müraciətlərdə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya görülən işlərə, habelə rayonumuza göstərdikləri xüsusi diqqət və qayğıya görə təşəkkür edir, minnətdarlıqlarını bildirirlər.

 

 

 

 

Keçidlər