Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Lənkəran şəhərində aparılan asfaltlanma işləri ilə yerində tanış olub

30 mart 2024 | 12:44

   Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhər yollarının asfaltlanması istiqamətində cari ildə Tədbirlər Planına uyğun olaraq addımlar atılır. Bu istiqamətdə təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilmiş, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri ilin sonunadək davam etdiriləcək. Martın 30-da Lənkəran ŞİH başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən 2 küçədə - şəhid Mirxəyal Kərimzadə və şəhid Anar Səfərov küçələrində aparılan asfaltlanma işlərilə yerində tanış olub, işin gedişi ilə maraqlanıb.

  Qeyd edək ki, hazırda 2 küçədə asfaltlanma aparılır, digər 8 küçədə asfaltlanmanın aparılmasına hazırlıq işləri həyata keçirilir.  Bunlar B.Mirsaleyev dalan 2, A.İsmayılov, M.Ə.Rəsulzadə, H.Nəsir, E.Əliyev, Kələntərlilər, Şeyx Zahid dalan 2 və M.Əsədov küçələridir.

   Bir daha bildiririk ki, yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran Şəhər İcra Hakimiyyətinin diqqətindədir, təmirə ehtiyacı olan bütün şəhərdaxili yolların əsaslı təmiri büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında aparılır. Cari ildə qeyd olunan küçələrədən əlavə daha 11 küçənin asfaltlanması nəzərdə tutulub, hazırda bu istiqamətdə müvafiq sənədləşmə işləri aparılır.

Keçidlər