Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov yeni asfaltlanan küçələrə  baxış keçirib

01 aprel 2024 | 13:05

   Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlə Planına əsasən cari ildə şəhərin təmirə ehtiyacı olan küçələrinin asfaltlanması davam etdirilir. Martın 30-da şəhərin şəhid Mirxəyal Kərimzadə və şəhid Anar Səfərov küçələrində asfaltlanma işləri yekunlaşıb. Bundan əlavə, son 2 gündə daha 3 küçə - Milli Qəhrəman Etibar Əliyev, M.Ə.Rəsulzadə və H.Nəsir küçələri asfaltlanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)  başçısı aprelin 1-də şəhərdə aparılan asfaltlanma işləri ilə yerində tanış olub, görülən işlərə baxış keçirib və müvafiq tövsiyələrini verib.

   Qeyd edək ki, hazırda daha 5 küçədə - M.Əsədov, şəhid Samir Allahverdiyev (Şeyx Zahid dalan 2), Kələntərlilər, A.İsmayılov və B.Mirsaleyev dalan 2 küçələrində asfaltlanma işləri davam edir.

  Qeyd edək ki, təmirə ehtiyacı olan küçələrin siyahısı Lənkəran ŞİH tərəfindən müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri ilin sonunadək davam etdiriləcək. Xatırladaq ki, cari ildə qeyd olunan küçələrədən əlavə daha 11 küçənin dövlət büdcəsi hesabına təmiri nəzərdə tutulub, hazırda bu istiqamətdə müvafiq sənədləşmə işləri davam etdirilir.

  Lənkəran sakinləri görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

 

 

 

 

Keçidlər