Rayon haqqında
Səhiyyə
Lənkəran Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs
Lənkəran Rayon Mərkəzi Xəstəxanası 1920-ci ildə yaradılmışdır. O dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 40-50 çarpayılıq iki mərtəbəli binada yerləşmişdir. Orada vərəm və digər yoluxucu xəstəliklərə aid palatalar da olmuşdur. 1920-1939-cu illərdə Lənkəran quberniya xəstəxanası adlandırılmış müalicə müəssisəsi 1930-1940-cı illərdə rayonlararası xəstəxanaya çevrilmişdir. Çarpayıların sayı 100-ə çatdırılmış dəri-zöhrəvi, göz, qulaq-boğaz-burun və stomatoloji kabinetlər açılmışdır. 1946-cı ildə xəstəxanada çarpayıların sayı 150-yə, 1966-cı ildə isə 200-ə çatdırılmış və yeni tibbi xidmət növləri yaradılmışdır. 1984-cü ildə 620 çarpayılıq yeni tipli layihəyə əsasən tikilmiş binaya köçürülmüşdür. Hazırda Mərkəzi Xəstəxanada çarpayıların ümumi sayı 361 ədəddir və xəstəxananın nəzdində aşağıdakı şöbələr fəaliyyət göstərir:
Cərrahiyyə şöbəsi |
85 çarpayı |
Terapiya |
80 çarpayı |
Uşaq şöbəsi |
30 çarpayı |
Perinatal Mərkəz |
76 çarpayı |
doğum şöbəsi |
45 çarpayı |
hamiləliyin patologiyası şöbəsi |
15 çarpayı |
anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi |
6 çarpayı |
yenidoğulmuşların intensiv terapiya bölməsi |
10 çarpayı |
Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsi |
20 çarpayı |
Yoluxucu xəstəliklər şöbəsi |
20 çarpayı |
Urologiya şöbəsi |
20 çarpayı |
Vərəm şöbəsi |
30 çarpayı |
Poliklinika |
|
Radiologiya |
|
Təcili yardım şöbəsi |
|
Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi |
|
Hemodializ şöbəsi |
|
Laboratoriya şöbəsi |
|
Cəmi |
Cəmi: 361 çarpayı |
Rayonda Mərkəzi Xəstəxana, 3 rayonlararası xəstəxana, 7 Ailə Sağlamlıq Mərkəzi, 30 həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Rayonlararası Narkoloji Xəsətəxana üçün 2014-cü ildə, Rayonlararası Psixiatriya Xəstəxanası üçün isə 2017-ci ildə yeni bina tikilib istifadəyə verilmişdir. Lənkəran RMX-sı 2013-cü ildə Səhiyyə Nazirliyi tərəfindən əsaslı şəkildə təmir olunmuşdur. Rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ötən illərdə Sütəmurdov, Gərmətük, Veravul, Pambəyi, Gəgiran, Şağlakücə, Balıqçılar Ürgə, Zövlə,Biləsər kəndlərində həkim məntəqələri, QUrumba, Xarxatan, Şovu, Seydəkəran, Diryan, Lüvəsər, Sirinsu, Darquba, Günəhir, Kosalar kəndlərində tibb məntəqələri üçün yeni binalar tikilib istifadəyə verilmişdir.
Rayon üzrə ümumi ölümün sayı azalmış, poliklinikalara ambulator müraciətlərin sayı çoxalmışdır. Lənkəran rayonu üzrə uşaq ölümü 2016-ci ildə 9,3 promil, 2017-ci ildə 9,1 promil, 2023-cü ildə isə 4 promil olmuşdur ki, bu da respublika göstəricisindən aşağıdır. Rayonda yüksək letallıq və əlillik verən difteriya və polimielit kimi xəstəliklərin kökü kəsilmişdir.
2000-ci ildən başlayaraq rayonda ana südü ilə qidalanmaq proqramı geniş şəkildə tətbiq edilməyə başlanmış və 2002-ci ildə bu proqramın səmərəli tətbiqinə görə Lənkəran MRX-nin doğum şöbəsinə "Körpə dostu xəstəxanası" sertifikatı verilmişdir.
Lənkəran RMX PHŞ-də 349 həkim və 924 nəfər orta tibb işçisi fəaliyyət göstərir. Həkimlərdən 2 nəfəri Tibb üzrə Fəlsəfə Doktoru, 2 nəfəri isə Tibb elmləri namizədidirlər. Hər ay 7686-dan çox şəkərli diabet və 1648-dən çox digər imtiyazlı qrupdan olan, şiş xəstəsi, ruhi və digər xəstələr Lənkəran RMX PHŞ tərəfindən imtiyazlı əsaslarla dərmanla təmin edilir. Vərəm şöbəsində 456 nəfər aktiv xəstə qeydiyyatda durur. 74 xəstə hər ay imtiyazlı əsaslarla dərmanla təmin edilir.
Lənkəran RMX PHŞ-in tabeliyində olmayan tibb müəssisələri
Rayonda Əlillərin Reablitasiya Mərkəzi müasir avadanlıqlarla təchiz olunmuş, xəstəliklə və ya zədələnmələrlə əlaqədar əlil olmuş xəstələrin reabilitasiyasında mühüm rol oynayır. Həmçinin rayonda Rayonlararası Onkoloji Xəstəxana, Rayonlararası Narkoloji Xəstəxana, Rayonlararası Psixiatriya Xəstəxanası əhalinin sağlamlığının qorunmasının keşiyində dayanır.
Xəstəxanalar
Sayı |
Səhiyyə müəssisəsin adı |
Ünvan |
Telefon nömrəsi |
1 |
Lənkəran MRX |
Lənkəran şəhəri, Nizami küçəsi 67 |
25-4-79-32 25-4-48-39 25-4-16-64 |
2 |
Rayonlararası Onkoloi xəstəxana |
Lənkəran şəhəri, Ş.Xiyabanı 133 |
25-4-76-75 |
3 |
Rayonlararası Narkoloji xəstəxana |
Lənkəran şəhəri, Sabir küçəsi |
25-4-24-89 |
4 |
Rayonlararası Psixiatriya xəstəxanası |
Lənkəran şəhəri, Nəsimi küçəsi 92 |
25-4-44-79 |
Ailə Sağlamlıq Mərkəzləri
Sayı |
Ailə Sağlamlıq Mərkəzləri |
Ünvan |
Telefon nömrəsi |
1 |
1 saylı ASM |
Qala Xiyabanı |
25-4-27-31 |
2 |
2 saylı ASM |
Qala Xiyabanı |
25-4-27-31 |
3 |
Liman ASM |
Liman şəhəri |
25-2-12-41 |
4 |
Şağlaser ASM |
Şağlaser kəndi |
25-68-153 |
5 |
Mamusta ASM |
Mamusta kəndi |
25-93-133 |
6 |
Şürük ASM |
Şürük kəndi |
25-92-446 |
7 |
Hirkan ASM |
Hirkan kəndi |
25-57-131 |
Həkim Məntəqələri
1.Kərgəlan həkim məntəqəsi Kərgəlan kəndi 25-62-184
2. İstisu qəsəbə həkim məntəqəsi İstisu qəsəbəsi 25-65-135
3. Vilvan həkim məntəqəsi Vilvan kəndi 25-67-424
4. Səpnəkəran həkim məntəqəsi Səpnəkəran kəndi
5. Şıxakəran həkim məntəqəsi Şıxəkəran kəndi 25-73-177
6. Boladı həkim məntəqəsi Boladı kəndi 25-28-148
7. Girdəni həkim məntəqəsi Girdəni kəndi 25-59-123
8. Digah həkim məntəqəsi Digah kəndi 25-4-36-80
9. Haftoni qəsəbə həkim məntəqəsi Haftoni qəsəbəsi 25-62-281
10. Separadi həkim məntəqəsi Separadi kəndi 25-60-131
11. Sütəmurdov həkim məntəqəsi Sütəmurdov kəndi 25-5-42-01
12. Rvo həkim məntəqəsi Rvo kəndi 25-56-215
13. Veravul həkim məntəqəsi Veravul kəndi 25-66-162
14. Xolmili həkim məntəqəsi Xolmili kəndi 25-73-102
15. Viyən həkim məntəqəsi Viyən kəndi 25-70-151
16. Pambəyi həkim məntəqəsi Osakücə kəndi 25-78-313
17. Gərmətük qəsəbə həkim məntəqəsi Gərmətük qəsəbəsi 25-95-014
18. Gəgiran həkim məntəqəsi Gəgiran kəndi 25-75-150
19. Şağlakücə həkim məntəqəsi Şağlakücə kəndi
20. Ürgə həkim məntəqəsi Ürgə kəndi
21. Cil həkim məntəqəsi Cil kəndi
22. Biləsər həkim məntəqəsi Biləsər kəndi
23. Zövlə həkim məntəqəsi Zövlə kəndi
24. Xanbulan həkim məntəqəsu Xanbulan kəndi 25-76-200
25. Aşağı Nüvədi qəsəbə həkim məntə Aşağı Nüvədi qəsəbəsi 25-58-140
26. Nərimanabad həkim məntəqəsi Nərimanabad qəsəbəsi 25-25-003
27. Balıqçılar həkim məntəqəsi Balıqçılar qəsəbəsi
28. Göyşaban həkim məntəqəsi Göyşaban kəndi
29. Havzava həkim məıntəqəsi Havzava kəndi 25-65-228
30. Şilavar həkim məntəqəsi Şilavar kəndi 25-4-65-51
Tibb Məntəqələri
1. Qumbaşı tibb məntəqəsi Qumbaşı kəndi
2. Bürcəli tibb məntəqəsi Bürcəli kəndi
3. Daşdalığjar tibb məntəqəsi Daşdalığjar kəndi
4. Türkəkəran tibb məntəqəsi Türkəkəran kəndi
5. Tütəpeştə tibb məntəqəsi Tütəpeştə kəndi
6. Kənarmeşə tibb məntəqəsi Kənarmeşə kəndi
7. Seydəkəran tibb məntəqəsi Seydəkəran kəndi
8. Kosalar tibb məntəqəsi Kosalar kəndi
9. Yuxarı Nüvədi tibb məntəqəsi Yuxarı Nüvədi kəndi
10. Bala Şürük tibb məntəqəsi Bala Şürük kəndi
11. Lüvəsər tibb məntəqəsi Lüvəsər kəndi
12. Bəlləbur tibb məntəqəsi Bəlləbur kəndi
13. Darquba tibb məntəqəsi Darquba kəndi
14. Şovu tibb məntəqəsi Şovu kəndi
15. Təngivan tibb məntəqəsi Təngivan kəndi
16. Şirinsu tibb məntəqəsi Şirinsu kəndi
17. Ləj tibb məntəqəsib Ləj kəndi
18. Xarxatan tibb məntəqəsi Xarxatan kəndi
19. Diryan tibb məntəqəsi Diryan kəndi
20. Köhnəgəgir tibb məntəqəsi Köhnəgəgir kəndi
21. Tüədo tibb məntəqəsi Tüədo kəndi
22. Alazəpin tibb məntəqəsi Alazəpin kəndi
23. Qurumba tibb məntəqəsi Qurumba kəndi
24. Tükəvilə tibb məntəqəsi Tükəvilə kəndi
25. Siyavər tibb məntəqəsi Siyavar kəndi
26. Tatova tibb məntəqəsi Tatova kəndi
27. Sinovli tibb məntəqəsi Sinovli kəndi
28. Moloja tibb məntəqəsi Moloja kəndi
29. Günəhir tibb məntəqəsi Günəhir kəndi
30. Bəliton tibb məntəqəsi Bəliton kəndi
31. Türkəncil tibb məntəqəsi Türkəncil kəndi
32. Horavenç tibb məntəqəsi Horavenç əndi
33. Parakənd tibb məntəqəsi Parakənd kəndi
34. Daştatük tibb məntəqəsi Daştatük kəndi
Özəl tibb müəssisələri
1. Medikan hospital
2. Özəl Nevroloji Tibbi Mərkəzi
3. Avicenna Medical Center
4. Davinci Klinikası
5. First Medical Center
6. Monemed Klinika
7. Mediland Lənkəran