Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

İqtisadiyyat

2025-ci ildə Lənkəran rayonunun sosial, iqtisadi inkişafının

 əsas iqtisadi göstəriciləri

      Lənkəran rayonunda iqtisadiyyatın sahələri üzrə ümumi məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 743641,2 min manat olmuş və keçən illə müqayisədə müqayisəli qiymətlərlə 2,0 faiz azalmışdır.

      2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 206251,7 min manat təşkil etmişdir ki, onun da 106410,8(51,6 faizi) min manatı bitkiçilik, 99840,9 (48,4 faizi) min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür. 2024-cü il  ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 8,0 faiz artmışdır.

     2025-ci ildə tarlalardan qarğıdalı da daxil olmaqla 5031,8 ton və ya keçən ilə nisbətən 7,1 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 4600,2 ton (1,3 faiz çox) kartof, 74614,6 ton (0,2 faiz çox) tərəvəz,  21303,8 ton (1,7 faiz çox) meyvə, 395,8 ton (29,8 faiz çox)  yaşıl çay yarpağı istehsal olunmuşdur.

    2024-cü illə müqayisədə diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 7812,0 ton, süd istehsalı 0,9 faiz artaraq 37322,4 ton, yumurta istehsalı 4,9 faiz artaraq 21061,0 min ədəd olmuş və bunlardan başqa  5426,0 kiloqram barama istehsal olunmuşdur.

     2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,6 faiz  azalaraq 172194,1 min manat təşkil etmişdir. Sənaye məhsulunun 85,3 faizi emal, 13,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 147146,9 min manat (85,5 faiz) olmuşdur. Ümumi istehsalın 84,9 faizi sənaye məhsullarının istehsalı, 15,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki  dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2026-cı il vəziyyətinə 981,3 min manatlıq hazır məhsul olmuşdur.

     2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 83724,0  min manat və ya əvvəlki il ilə müqayisədə 41,1 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 87,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 72961,9 min manat olmaqla əvvəlki il ilə müqayisədə 48,6 faiz artmışdır.

    Avtomobil nəqliyyatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci  ildə 2442 min ton yük, 35684 min sərnişin daşınmışdır. 2024-cü  il ilə müqayisədə yük daşınması 6,1 faiz, sərnişin daşınması isə 7,2 faiz artmışdır.

    İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 6950,9 min manatlıq xidmətlərin 80,5 faizi əhaliyə aid olmuşdur. Əvvəlki il ilə müqayisədə 2025-ci ildə  göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 49,3 faiz artmışdır.

    2025-ci ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 858331,4 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 156506,1 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki il ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 9,0 faiz artmışdır.

    2025-ci ildə 2024-cü il ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 4,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,6 faiz, qeyri-qida məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,2 faiz artmışdır.

    2025-ci ilin yanvar-noyabr aylarında  muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı  2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq  699,0 manat təşkil etmişdir.

    İlkin məlumatlara görə 2025-ci ildə əhalinin sayı 448 nəfər və ya 0,2 faiz artaraq   2026-cı il yanvar ayının 1-i vəziyyətinə 228538 nəfərə çatmışdır.

Əsas iqtisadi göstəricilər

 

Göstəricinin adı

2025-ci il,

faktiki

2025-ci il

2024-сü ilə

nisbətən, faizlə

Məlumat üçün

2024-cü il

2023-сi ilə

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

743641,2

101,7

102,8

Sənaye məhsulu istehsalı, min manat

172194,1

103,9

104,4

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

83724,0 

141,1

50,5

Kənd təsərrüfatı məhsulu, min manat

206251,7

109,0

101,8

Nəqliyyat sektorunda yük daşınması, min ton

2442

106,1

106,2

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

 

34821,4

 

114,2

 

109,3

İnformasiya və rabitə xidmətləri, min manat

6950,9

108,0

149,3

Pərakəndə ticarət dövriyyəsi, min manat

858331,4

107,4

101,3

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

 

156506,1

 

109,0

 

109,1

Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı(yanvar-noyabr aylarında), manat

 

699,0

 

110,6

 

104,2

 

İqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı

    2025-ci ildə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilkin məlumatlara əsasən 743641,2  min manatlıq və ya əvvəlki il ilə müqayisədə 2,0 faiz az  ümumi  məhsul istehsal edilmişdir.

 

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və

məhsul buraxılışının fiziki həcm indeksləri

 

 

2025-ci il

 (faktiki qiymətlərlə), min manatla

2024-cü il

(faktiki qiymətlərlə), min manatla

Qiymət

indeksi,

faizlə

2024-cü il

2023-cü ilin qiymətləri ilə,

min manatla

Fiziki

həcm

indeksi, faizlə

Sənaye

172194,1

167474,2

103,4

166469,4

99,4

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

206251,7

189162,8

108,0

190906,5

100,9

Tikinti

48757,1

73675,5

100,0

48773,2

66,2

Nəqliyyat və anbar təsərrüfatı

34821,4

30485,6

   101,5

34306,8

112,5

İnformasiya və rabitə

6950,9

6437,2

100,6

6909,4

107,3

Ticarət; nəqliyyat vasitələrinin təmiri

274666,0

255788,9

105,2

261089,4

102,1

Yekun:

743641,2

723024,2

105,0

708454,7

98,0

     

     Ümumi məhsulun 36,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 27,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 23,2 faizi sənaye, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi isə informasiya və rabitə sahələrində istehsal edilmişdir.

Sənaye

      2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,6 faiz  azalaraq 172194,1 min manat təşkil etmişdir. Sənaye məhsulunun 85,3 faizi emal, 13,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

    Sənayedə qeyri-dövlət sektorunun payı 147146,9 min manat (85,5 faiz) olmuşdur. Ümumi istehsalın 84,9 faizi sənaye məhsullarının istehsalı, 15,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

    İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki  dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2026-cı il vəziyyətinə 981,3 min manatlıq hazır məhsul olmuşdur.

Malların istehsalı və xidmətlərin göstərilməsi, fəaliyyət növləri üzrə

Fəaliyyət növlərinin

Malların istehsalı və xidmətlərin göstərilməsi - cəmi, min manatla

kodu

adı

hesabat

 ilində

əvvəlki

 ildə

A

B

1

2

Sənaye üzrə cəmi

172194,1

167474,2

Mədənçıxarma sənayesi

92,2

140,0

08

Mədənçıxarma sənayesinin digər sahələri

92,2

140,0

Emal sənayesi

146800,9

144375,1

10

Qida məhsullarının istehsalı

137936,9

135921,1

11

İçki istehsalı

7,0

7,0

14

Geyim istehsalı

2040,2

2999,7

16

Mebeldən başqa ağaсın emalı və ağaсdan məmulatların istehsalı

 

-

 

69,8

18

Poliqrafiya məhsullarının istehsalı

97,2

78,9

22

Rezin və plastik kütlə məmulatlarının istehsalı

2007,9

2337,2

23

Tikinti materiallarının istehsalı

2995,1

1721,0

25

Hazır metal məmulatlarının istehsalı

1122,0

504,9

31

Mebellərin istehsalı

11,1

50,5

33

Maşın və avadanlıqların quraşdırılması və təmiri

583,5

685,0

A

B

1

2

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı

22475,5

 

19508,8

35

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı

 

224475,5

 

19508,8

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

2825,5

3450,8

36

Suyun yığılması, təmizlənməsi və paylanması

1742,9

2122,6

38

Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi

 

773,1

 

1079,5

39

Digər tullantıların yığılması və məhv edilməsi

309,5

248,7

   

     Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 92,2 min manat olmaqla, əvvəlki illə müqayisədə 11,1 faiz azalmışdır.

    Sahənin əsas məhsulu olan tikinti qumu hasilatı 27,5 min ton təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə  artmışdır.

    Emal sənayesində 146800,9 min manatlıq (əvvəlki ilə nisbətən 2,7 faiz az) məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

    Əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 1,3 faiz azalma müşahidə olunmuşdur.   

     Yeyinti sənayesi müəssisələrində mühüm növ məhsullar istehsalı aşağıdakı kimi olmuşdur. 

 

 

Ölçü

vahidi

2025 ci ildə istehsal(əmtəəlik) edilmişdir

Keçən ilə nisbətən, faizlə

Balıq məhsulları (konservlər daxil olmaqla)

 

ton

 

2108,5

 

66,9

Meyvə tərəvəz konservləri

ton

2044,9

37,1

Çörək məmulatı

ton

13921,8

96,2

Emal olunmuş çay məhsulları

ton

5397,6

98,7

Kərə yağı

ton

97,2

95,3

Pendir və kəsmik

ton

195,6

94,8

Qaymaq, xama

ton

23,2

95,1

Şəkərli qənnadı məmulatları

ton

1754,3

98,1

 

  Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 22475,5 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki il ilə müqayisədə 6,6 faiz artım müşahidə olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,0 faiz artaraq 2825,5 min manat təşkil etmişdir.

    2025-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində faktiki işləmiş işçilərin orta  sayı  əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 2235 nəfər təşkil etmişdir. Çalışan işçilərin orta aylıq nominal əməkhaqqı  698,9 manat olmuş və əvvəlki ilə nisbətən 8,3 faiz artmışdır.

    

 

          Sənayenin bölmələri üzrə orta aylıq nominal əməkhaqqı, manat

 

 

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar-noyabr ayları

2024-cü  ilin müvafiq dövrünə

nisbətən,

faizlə

Cəmi

698,9

108,3

Mədənçıxarma sənayesi

420,0

115,5

Emal sənayesi

638,7

114,0

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

 

964,9

 

103,1

Su təchizatı, tullantılarının təmizlənməsi və emalı

610,5

108,2

 

Tikinti

    2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 83724,0  min manat və ya əvvəlki il ilə müqayisədə 41,1 faiz çox vəsait yönəldilmişdir.

    Ümumi sərmayənin 18342,0 min manatı (21,9 faizi) dövlət, 65382,0 min manatı (78,1 faizi) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 87,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 72961,9 min manat olmaqla əvvəlki il ilə müqayisədə 48,6 faiz artmışdır.

    Hesabat ilində ümumi sahəsi 266205,6 kvadrat metr (əvvəlki ilə nisbətən 6,0 dəfə çox) yaşayış evi tikilib istifadəyə verilmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin 266205,6 kvadrat metri və ya 100,0 faizi əhalinin şəxsi vəsaiti hesabına tikilmişdir.

    Tikinti sahəsində fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən hesabat ilində 48757,1 min manatlıq və ya əvvəlki ilə nisbətən 33,8 faiz az tikinti işləri yerinə yetirmişdir. Tikinti işlərinin 44964,5 min manatını (92,2 faizini) tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 3,8 min manatını  əsaslı təmir, 3222,4 min manatını (6,6 faizini) cari təmir, 566,4 min manatını (1,2 faizini) isə sair işlər təşkil etmişdir. Yerinə yetirilmiş tikinti işlərinin 38726,1 min manatı (79,4 faiz) dövlət mülkiyyətində olan təşkilatların, 10031,0 min manatı (20,6 faiz) qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatların payına düşür.

 

         2025-ci ilin yanvar-noyabr tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə faktiki  işləyənlərin orta siyahı sayı 517 nəfər olmuş, onların orta aylıq nominal əməkhaqqı 558,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,8  faiz artmışdır. Fəaliyyət göstərən tikinti müəssisələrində çalışan işçilərin 72,7 faizi dövlət, 27,3  faizi isə qeyri-dövlət  təşkilatlarında cəmləşmişdir.  

Kənd təsərrüfatı

 

      2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 206251,7 min manat təşkil etmişdir ki, onun da 106410,8 (51,6 faizi) min manatı bitkiçilik, 99840,9 (48,4 faizi) min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

      2025-ci il  ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,9 faiz artmışdır.

 

     Bitkiçilik. 2025-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 1674,3 hektar yığım sahəsindən ilkin çəkidə 4031,8 ton və ya 2024-cü illə müqayisədə 7,1 faiz çox məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 30,1 sentner məhsul götürülmüşdür (keçən il 27,5 sentner).

     İstehsal olunmuş taxıl məhsulunun 28,9 faizini (1455,5 ton) buğda, 1,8 faizini           (89.8,0 ton) arpa, 6,6 faizini (333,0 ton) tam yetişmiş qarğıdalı (dən üçün), 55,3 faizini (2781,2 ton) çəltik, 7,4 faizini  (372,3 ton) yazlıq paxlalılar  təşkil etmişdir.

     2025-ci ildə  4600,2  ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox  kartof, 74614,6 ton  (0,2 faiz çox) tərəvəz, 441,0 ton (2,1 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 103,1 sentner, bostan məhsulları üzrə 67,8 sentner, tərəvəz üzrə isə 212,2  sentner  olmuşdur.

     2025-ci ildə 622,2 hektar çəltik sahəsindən  2781,2 ton təmizlənməmiş çəltik götürülmüşdür ki, bu da keçən illə müqayisədə 17,8 ton çoxdur. Çəltiyin hər hektardan məhsuldarlığı 42,0 sentner olmaqla 2024-cü illə müqayisədə 4,5 sentner az olmuşdur.

     Meyvə istehsalı 2025-ci ildə 1,7 faiz artaraq 21303,8 ton təşkil etmişdir. İl ərzində əlavə olaraq 2,6 hektarda feyxoa, 7,2 hektarda naringi, 21,6 hektar şaftalı, 12.9 hektar gilas, 0,8 hektarda  limon və portağal  meyvə bağları salınmışdır. Lənkəran rayonunda 2025-ci ildə 54.8 hektar giləmeyvəliklər  bağı salınmış, ondan 28 hektarı kivi bağı təşkil edir.

     2025-ci ildə 70,5 ton (4,7 dəfə az) üzüm(talvar üzümü daxil olmaqla), 395,8 ton (29,8 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

     Bitkiçilik məhsullarının yığımı aşağıdakı cədvəllərdə verilmişdir:

 

Birillik və ikiillik bitkilərin əkin sahəsi və məhsul yığımı

Göstəricilərin adı

2025-ci il

2024-cü il

Əkin sahəsi, hektar

Yığılmış sahə, hektar

İlkin çəkidə məhsul yığılmışdır, ton

Məhsul- darlıq, sen/ha

Əkin sahəsi, hektar

Yığılmış sahə, hektar

İlkin çəkidə məhsul yığılmışdır, ton

Məhsul- darlıq, sen/ha

Dənli və dənli paxlalıların cəmi

 

1674,3

 

1674,3

 

5031,8

 

30,1

 

1819,3

 

1819,3

 

4698,2

 

27,5

Ondan;

             buğda

 

513,5

 

513,5

 

1455,5

 

28,3

 

601,8

 

601,8,

 

1233,8

 

20,5

             çəltik

662,2

662,2

2781,2

42,0

628,1

628,1

2763,4

44,0

Kartof

446,0

 446,0

4600,2

103,1

450,0

450,0

4540,4

100,9

Tərəvəzlər-cəmi

3516,8

3516,8

  74614,6

212,2

3525,1

3525,1

74484,2

211,0

Bostan bitkiləri-cəmi

65,0

 65,0

  441,0

67,8

69,0

69,0

450,3

65,3

 

Çoxillik əkmələrin sahəsi və məhsul yığımı

 

Göstəricilərin adı

2025-ci il yanvar

2023-cü il yanvar

Cəmi əkmələr, hektar

ondan, bar verən yaşda

yığılmış məhsul, ton

Məhsul- darlıq, sen/ha

Cəmi əkmələr, hektar

ondan, bar verən yaşda

yığılmış məhsul, ton

Məhsul- darlıq, sen/ha

Meyvələr, cəmi

1989,7

1781,5

21303,8

119,6

1927,7

1748,5

20942,8

119,8

Giləmeyvələr, cəmi

379,1

295,8

1731,2

58,5

363,4

320,1

2720,8

85,0

Yaşıl çay yarpağı

545,7

502,4

395,8

7,9

546,2

512,4

304,8

5,9

Üzüm, cəmi

125.0

125,0

70,5

5,6

125.0

125,0

324,6

26,0

Ondan:

           talvar üzümü

x

x

5.5

x

x

x

5,7

x

 

    Heyvandarlıq.  2025-ci ildə 7812,0 ton, yaxud əvvəlki ilə nisbətən 3,4 faiz çox diri çəkidə ət, 37322,4 ton (0,9 faiz çox) süd, 21061,0 min ədəd (4,8 faiz çox) yumurta, 42,2 ton (2,9 faiz çox) yun istehsal olunmuşdur. Bundan başqa, rayonda 5426,0 kiloqram barama istehsal olunmuşdur. 

     2025-ci ildə hər inək və camışdan orta hesabla 1470 kiloqram süd sağılmışdır (2024-cü ildə 1590 kq).

      Heyvandarlıq məhsullarının istehsalının    dəyişməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı kimi olmuşdur.

 

 

Ölçü

vahidi

 

2025-ci il 

2024-cü il 

2025-ci il

 2024-cü ilə        nisbətən, faizlə

Ət (diri çəkidə)

ton

   7812,0

   7555,1

103,4

Süd

ton

37322,4

37002,5

100,9

Yumurta

 min ədəd

21061,0

20098,0

104,8

Yun

ton

      42,2

      41,0

102,9

  

  2025-cü il yanvarın 1-i vəziyyətinə 53636 baş iri buynuzlu mal-qara,(o cümlədən 25564 baş inək və camışlar), 23924 baş qoyun və keçilər mövcud olmuşdur. Qaramal naxırının 47,8 faizini inək və camışlar təşkil etmişdir. İribuynuzlu mal qaranın sayı il ərzində 11 baş, qoyun və keçilərin sayı isə 167 baş artmışdır.

   Hesabat ilində quşçuluq müәssisәlәrindә diri çәkidә 407,8 ton (keçәn il 238,4 ton) quş әti istehsal olunmuşdur. 2026-cı il ilin 01 yanvar tarixinə quşçuluq təsərrüfatlarında 24002 baş quş mövcud olmuşdur.

 

Nəqliyyat

    2025-ci  ildə  avtomobil  nəqliyyatı  ilə 2442 min  ton  və  ya  2024-cü ilə  nisbətən 6,1 faiz çox yük  daşınmışdır. 

    Hesabat ilində  sərnişin daşınması 2024-cü ilə nisbətən 7,2 faiz artmış və 35684 min nəfər olmuşdur.

    Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 34821,4 min manat olmuş və        2024-cü il ilə nisbətən  müqayisəli qiymətlərlə  11,4 faiz artmışdır.

  

      Fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 24,4 faiz artmış və 29341,2 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında onun xüsusi çəkisi 84,3 faiz olmuşdur. Məhsul buraxılışında yük daşınmasından əldə olunan gəlirlər 3741,5 min manat  (ümumi gəlirin 10,7 faizi), sərnişin daşınmasından əldə olunan gəlirlər 25599,7 min manat (ümumi gəlinin 73,5 faizi) olmuşdur. Məhsul buraxılışının həcmi yük daşınmasında 24,4 faiz və sərnişin daşınmasında 27,6 faiz artmışdır.

 

İnformasiya və rabitə

 

    2025-ci il ərzində informasiya və rabitə müəssisələri 6950,9 min manatlıq xidmət göstərmişdir ki, onun da 80,5 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü il ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,0  faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 19,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

İstehlak bazarı

 

     2025-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 1014837,5 min manat olmaqla 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,8 faiz artmışdır.      

    Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilə nisbətən real ifadədə 4,6 faiz artaraq 981726,5  min manata bərabər olmuş, onun 70,0 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.

İstehlak bazarı üzrə əsas göstəricilər

 

 

2025-ci il,

min manat

2025-ci il 2024-cü ilə nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsul-ların və göstərilmiş xidmətlərin ümumi dəyəri

 

 

1014837,5

 

 

104,8

o cümlədən:

           dövlət mülkiyyəti üzrə

 

33111,0

 

110,6

          qeyri-dövlət mülkiyyəti üzrə

981726,5

104,6

ondan: fərdi sahibkarlar üzrə

687489,9

100,7

 

    Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 370,4 manatlıq və ya 2024-cü il ilə müqayisədə 16,2 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə etmişdir.

Əmtəə bazarı

    2025-ci ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq 858331,4 min manat olmuşdur.

 

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2025-ci il,

min manat

2025-cü il

2024-cü ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

858331,4

102,1

o cümlədən:

                  müəssisələr üzrə

 

98629,6

 

99,3

                  fərdi sahibkarlar, bazar və          

                  yarmarkalar üzrə

 

759701,8

 

102,5

   

     Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 313,3 manatlıq və ya 2024-cü il ilə müqayisədə 20,8 manat çox əmtəə almışdır.

    2025-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü  ilə nisbətən real ifadədə 3,2 faiz artaraq 444026,1 min manata çatmışdır. Ticarət dövriyyəsinin 355314,3  min manatını təşkil edən qeyri-ərzaq məhsullarının dəyəri isə 2024-cü il ilə müqayisədə 0,9 faiz az olmuşdur.

    Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 162,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,0 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

    2025-ci ildə  istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin  55,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 44,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

İctimai iaşə xidmətləri

    2025-ci ildə  ictimai iaşə dövriyyəsi 2024-ci il ilə müqayisədə real ifadədə 12,2 faiz artaraq 28155,6 min manat olmuşdur.

    Özəl sektorda ictimai iaşə dövriyyəsinin 30,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 69,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2024-cü il ilə müqayisədə 15,4 faiz artaraq  8589,2 min manat olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üzrə isə ictimai iaşə dövriyyəsinin həcmi 11,3 faiz  artaraq 19566,4 min manat təşkil etmişdir.

 

Əhaliyə göstərilən ödənişli xidmətlər

     2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-ci il ilə müqayisədə real ifadədə 2,3 faiz artaraq 156506,1 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 79465,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 50,8 faizini təşkil etmişdir.

    Hesabat ilində  hər bir rayon sakini orta hesabla ayda 68,5 manatlıq və ya ötən il ilə müqayisədə nominal ifadədə 16,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

 

    Ödənişli xidmətlərin həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:

 

 

2025-ci il,

min manatla

2025-ci il,

2024-cü ilə

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi həcmi

156506,1

102,3

o cümlədən:

                     müəssisələr üzrə

 

79465,3

 

155,6

                     fərdi sahibkarlar üzrə

77040,8

75,6

        Əhaliyə göstərilmiş ödənişli xidmətlərin 29933,4 min manatı və ya 20,8 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Qeyri-dövlət müəssisələri tərəfindən əhaliyə 123395,1 min manatlıq və ya 2024-cü ilə nisbətən 8,6 faiz çox ödənişli xidmət göstərilmişdir.

Məşğulluq və işsizlik

    2025-ci ilin dekabrın 1-i vəziyyətinə siyahı tərkibində olan işçilərin orta sayı 20402 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 12589 nəfər, qeyri-dövlət sektorunda isə 7813 nəfər təşkil etmişdir.

    Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 15,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,5 faizi emal sənayesində, 2,5 faizi tikintidə, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

    Xidmət sahəsində işləyənlərin 31,8 faizi təhsil, 22,4 faizi topdan və pərakəndə ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi istirahət, əyləncə və incəsənət, 1,0  faizi peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

    2025-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,1 saat təşkil etmişdir.

    2025-ci  ildə hüquqi şəxslər üzrə 202 yeni iş yeri yaradılmışdır. Yeni iş  yerlərinin 87-si və ya 43,1 faizi yeni yaradılmış, 115-i  və ya 56,9 faizi mövcud müəssisə və təşkilatlarda  açılmışdır.

 

Əmək haqqı

    2025-ci ilin yanvar-noyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 699,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları   766,5 manat, özəl müəssisələrdə isə 590,2 manat olmuşdur.

 

2025-ci ilin yanvar-noyabr aylarında  iqtisadi fəaliyyət və

mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

 

İqtisadi fəaliyyət növləri

 

Cəmi

o cümlədən

dövlət

qeyri-dövlət

Rayon üzrə-cəmi

699,0

766,5

590,2

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

550,2

739,5

448,4

Mədənçıxarma sənayesi

       420

-

420

Emal sənayesi

638,7

-

638,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

 

964,9

 

964,8

 

-

Su təchizatı, tullantıların təmizləməsi və emalı

610,5

611,2

381,8

Tikinti

558,2

544,9

595,0

Topdan və pərakəndə ticarət; nəqliyyat vasitələrinin təmiri

 

480,8

 

 

 

480,8

Nəqliyyat və anbar təsərrüfatı

569,6

650,1

507,4

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

724,3

-

724,3

İnformasiya və rabitə

715,6

768,8

595,6

Maliyyə və sığorta fəaliyyəti

1812,0

1714,5

1820,1

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

1302,9

1951,9

392,3

Peşə, elmi və texniki fəaliyyət

750,9

684,8

854,8

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

463,1

475,4

430,6

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

1119,8

1139,0

480,2

Təhsil

692,4

694,6

420,7

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

 

837,9

 

839,0

 

827,7

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

 

637,6

 

640,6

 

409,4

Digər sahələrdə xidmətlərin göstərilməsi

849,5

587,0

1027,9

 

    Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi fəaliyyət  sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Demoqrafik vəziyyət

 

    İlkin məlumatlara əsasən rayon üzrə əhalinin sayı il ərzində 448 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il yanvar  ayının 1-i vəziyyətinə 228538  nəfərə çatmışdır. Əhalinin 38,4 faizini şəhər, 61,6 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7  faizini isə qadınlar təşkil edir.

 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

 

 

Nəfər

Əhalinin hər 1000 nəfərinə

 

2025-cü

il

2024-cü

il

artım (+) azalma (-)

2025-ci il

2024-cü il

2025-cü il 2024-cü ilə nisbətən, faizlə

Təbii artım

448

604

-377

1,9

2,7

74,2

doğulanlar

1838

2026

-409

7,1

8,9

90,7

ölənlər

1390

1422

-32

6,1

6,2

97,7

Nikahlar

955

1157

-202

4,2

5,1

82,5

Boşanmalar

343

398

-55

1,5

1,7

86,2

 

    Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 2025-ci il ərzində 1838 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən il ilə müqayisədə azalaraq 2,7-dən 1,9-a düşmüşdür.

    Hesabat ilində  rayonda 1390 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən il ilə müqayisədə bu göstərici azalaraq 6,2-dan 6,1-yə düşmüşdür.

    2024-cü ildə  Ədliyyə Nazirliyinin şəhər  qeydiyyat şöbəsi  tərəfindən 955 nikah və 343 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2024-cü il ilə müqayisədə nikahların sayı azalaraq 5,1-dən 4,2-ə düşmüş, boşanmaların sayı isə 1,7-dan 1,5-ə düşmüşdür.

 

İstehlak qiymətləri indeksi

 

    2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,6 faiz, 2025-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,7 faiz təşkil etmişdir.

    2025-ci ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,2 faiz, 2025-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,0 faiz təşkil etmişdir.

    2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, 2025-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,4 faiz təşkil etmişdir.

    2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,0 faiz, 2024-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 107,0 faiz təşkil etmişdir.

 

 

2025-ci ilin

dekabr ayı 2025-ci ilin noyabr ayına nisbətən,

faizlə

2025-ci ilin

yanvar-dekabr ayları 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən,

faizlə

Cəmi məhsullar və xidmətlər

100,6

104,7

Qida məhsulları, içkilər və tütün məmulatları

 

101,2

 

106,0

Qeyri-qida məhsulları

                      100,1

100,4

Xidmətlər

100,0

107,0

 

Təsərrüfat subyektlərinin xarakteristikası

      2025-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 2,5 faiz artaraq 2026-cı il yanvarın 1-i vəziyyətinə 2765 olmuşdur. Artım iqtisadiyyatın “Digər sahələrdə xidmətlərin göstərilməsi,“Nəqliyyat və anbar təsərrüfatı,” “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi” sahələrində daha çox olmuşdur.

 

Keçidlər