Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Əhalisi

  Demoqrafik vəziyyət

     İlkin məlumatlara əsasən rayon üzrə əhalinin sayı il ərzində 609 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il yanvar  ayının 1-i vəziyyətinə 228090  nəfərə çatmışdır. Əhalinin 38,4 faizini şəhər, 61,6 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7  faizini isə qadınlar təşkil edir.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

 

 

Nəfər

Əhalinin hər 1000 nəfərinə

 

2024-cü

il

2023-cü

il

artım (+) azalma (-)

2024-cü il

2023-cü il

2024-cü il 2023-cü ilə nisbətən, faizlə

Təbii artım

604

933

-329

2,7

4,1

56,1

doğulanlar

2026

2368

-342

8,9

10,4

81,7

ölənlər

1422

1435

-13 

6,2

6,3

98,5

Nikahlar

1157

1197

-40 

5,1

5,3

90,6

Boşanmalar

398

327

+25

1,7

1,6

106,3

     Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 2024-cü il ərzində 2026 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən il ilə müqayisədə azalaraq 10,4-dən 8,9-a düşmüşdür.

    Hesabat ilində  rayonda 1422 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən il ilə müqayisədə bu göstərici azalaraq 6,3-dan 6,2-yə düşmüşdür.

     2024-cü ildə  Ədliyyə Nazirliyinin şəhər  qeydiyyat şöbəsi  tərəfindən 1157 nikah və 398 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2023-cü il ilə müqayisədə nikahların sayı azalaraq 5,3-dən 5,1-ə düşmüş, boşanmaların sayı isə 1,6-dan 1,7-ə artmışdır.

 

Keçidlər