Rayon İdarələri
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əsas vəzifə və funksiyaları aşağıdakılardır:
• Gənclər və idman sahəsində dövlət siyasətini həyata keçirmək
• İdman və bədən tərbiyəsinə daha geniş kütlələri cəlb etmək,onların fiziki tərbiyəsini təşkil etmək
• Şəhərdə (rayonda) idman yarışları təşkil etmək, idman tədbirlərinin keçirilməsinə nəzarəti həyata keçirtmək
• Mülkiyyət formasından aslı olmayaraq idman qurğularının şəhər (rayon) ərazisində yerləşdirilməsi planlarının müzakirəsində iştirak etmək
• Şəhər (rayon) daxilində gənclər siyasətinin həyata keçirilməsinə, bədən tərbiyəsi və idman sahələrinin inkişaf etdirilməsinə dair tədbirlər planları hazırlamaq və icrasını təmin etmək
• Şəhərdə (rayonda) gənclər təşkilatlarının, idman cəmiyyətlərinin və idman federasiyalarının, digər gənclər,bədən tərbiyəsi və idman birliklərinin fəaliyyətini əlaqələndirmək
• Gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində Respublikanın digər şəhər və rayonları ilə, xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulması işində və onların inşikaf etdirilməsində iştirak etmək
• Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müsabiqələr, festivallar, sərgilər, yarışlar təşkil etmək
• Yeniyetmə və gəncləri milli adət-ənənələrə zidd olan əməllərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun tərbiyə etmək
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Ünvan: AZ 4200, Lənkəran şəhər Ə.Məmmədov küçəsi
Əlaqə telefonları: (025) 254-72-89 Faks: (025) 254-04-39
Web sayt: www.lgii.az
e-mail: lenkeransgii@gmail.com