Rayon İdarələri
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi Lənkəran Elektrik Şəbəkəsi
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi
Lənkəran Elektrik Şəbəkəsi
Lənkəran elektrik şəbəkəsinin balansında olan 11 ədəd 110/35/10,110/10 və 35/10 kv-luq y/stansiyalardan qidalanan 61 ədəd 10 kv-luq hava xətləri ilə lənkəran rayon əhalisini elektrik enerjisi ilə təmin edir. Lənkəran elektrik şəbəkəsi ümumilikdə 55240 abonentə xidmət edir.Əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə bir sıra tədbirlər görülür.Görülən tədbirlər nəticəsində Lənkəran şəhəri də daxil olmaqla bir çox kəndlərdə yenidənqurma və kabelləşmə işləri başa çatıb.Hal-hazırda Liman şəhərində, Kənarmeşə, Seydəkəran, Aşağı Nüvədi,Viyən,Tütəpeştə,Şıxəkəran,Şürük,Səpnəkəran,Cil,Şağlaser,Xarxatan kəndlərində yenidənqurma və kabelləşmə işləri davam edir.Həmçinin qəzalı vəziyyətdə olan dayaqların yenisi ilə əvəz olunması,transformatorların əsaslı təmir olunması,hava xətlərinin dəyişdirilərək yenisi ilə əvəz olunması işləri də mərhələli şəkildə həyata keçirilir.
Yaxın gələcəkdə Lənkəran rayonunun bütün şəhər və kəndlərində yenidənqurma işləri çərçivəsində xətlərin təmiri, bərpası və kabelləşməsi nəzərdə tutulur.
Lənkəran EŞ-nin Baş mühəndisi : Ş. Bəhrəmov
Tel: (077) 677-26-85