Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Rayon İdarələri

Lənkəran Bölgə Zona Təcrübə Stansiyası

Lənkəran Bölgə Zona Təcrübə Stansiyası Aqrar Elm Mərkəzinin Nizamnaməsinə əsasən Stansiyanın əsas məqsədi məhsuldar, yüksək keyfiyyətli tərəvəz məhsulları və toxumlarını yetişdirməklə sınaqdan keçirmək zərərvericilərə qarşı davamlı tərəvəz toxum  sortlarının yetişdirilməsi və yığılması ilə məşqul olmaqdır.
Stansiya dənli və tərəvəz bitkilərin əkini və istehsalı ilə eyni zamanda tərəvəz məhsullarının keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər təcrübə təsərrüfatlarının pul gəlirlərinin və rentabellik səviyyəsinin artırılması ilə məşqul olur.

Lənkəran Bölgə Zona Təcrübə Stansiyası üzrə 2 şöbə fəaliyyət göstərir.
- Tərəvəz bitkilərinin seleksiyası və toxumçuluq şöbəsi
-  Tərəvəz bitkilərinin becərmə texnologiyası şöbəsi

Tədqiqat işlərinin keyfiyyətli aparılması üçün stansiyanın nəzdində Yardımçı təcrübə təsərrüfatı fəaluiyyət göstərir.
Bölgənin torpaq-iqlim şəraitinə uyğun tərəvəz sortlarının seçilməsi, yeni yaradılmış prespektiv və rayonlaşmış toxumçuluq sortlarının təşkili və genişləndirilməsi, istifadə olunan tərəvəz bitkilərinin mütərəqqi becərmə texnologiyasının işlənib hazırlamnası və tətbiqi, tərəvəzin daşınması, saxlanması və emalı məsələləri öyrənilir.
Stansiyanın balansında  87.7 ha torpaq sahəsi mövcuddur ki,  bundan 65.0 ha əkinə yararlı, 10 ha kanal, 8.2 ha yollar, 1.0 ha ictimai tikililər, 2.0  ha mühafizə zolağı, 1.5 ha sair yararsız torpaqlardır.
Hazırda  Lənkəran Bölgə Zona Təcrübə Stansiyasında ştat üzrə 21 nəfər işçi çalışır. Bunlardan Direktor, baş mühasib, 2 mütəxəssis, 11 nəfər elmi işçi, 3 nəfər aqrotexnik, 1 nəfər laborant, 1  nəfər sürücü, 1 nəfər gözətçidən ibarətdir.

Direktor: Hüseynov Həzər Ağahüseyn oğlu

Ünvan: Lənkəran rayonu Darquba kəndi
Mobil telefon (050) 446-14-04.                               
İş telefonu (025) 255-31-57

Е-mail: lankaranbts@mail.ru
 

Keçidlər