Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Rayon İdarələri

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyi

GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.

14 aprel 2023-cü ildə isə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının iclasında “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri və bölmələrinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, qurumun strukturu optimallaşdırılıb.

GİKM-in regional nümayəndəlikləri və bölmələri tərəfindən gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Qurumun fəaliyyəti vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar.

Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran şəhərindəki nümayəndəliyi 2019-cu il 22 dekabr tarixində Heydər Əliyev Mərkəzində fəaliyyətə başlamışdır. 2023-cü ildə regionlaşma prosesindən sonra bu nümayəndəlik Lənkəran-Astara regional nümayəndəliyi statusu ilə fəaliyyətini davam etdirmiş və Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarını əhatə etmişdir. Regional nümayəndəliyin mərkəzi Lənkəran şəhəri müəyyən olunmuşdur.

Hazırda Mərkəz 4 əsas istiqamət və əlavə fəaliyyət sahələri üzrə çalışır. Bu istiqamətlər aşağıdakılardır:

  1. Vətənpərvərik və dövlətçilik
  2. Könüllülük və sosiallaşma
  3. Şəxsi inkişaf
  4. Karyera qurucluğu

Eyni zamanda, gənclər tərəfindən fərqli klub fəaliyyətləri (intellektual klublar, debat, kitab klubu və s.) təşəbbüs və idarəçilik əsasında həyata keçirilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi Lənkəran şəhər Heydər Əliyev Mərkəzində yerləşir.

Keçidlər