Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzi

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzi

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əsas vəzifə və funksiyaları aşağıdakılardır:

• Gigiyena və Epidemiologiya Mərkəzinin əsas vəzifəsi insanın yaşadığı mühit faktorlarının onun sağlamlığına təhlükəli və zərərli təsirinin qarşısının alınmasından, müəyyən edilməsindən və ləğvindən ibarət olub, əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş profilaktik, gigyenik, əks-epidemik və tibbi sosial tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət sanitariya nəzarətinin təşkili və həyata keçirilməsidir.
• Ərazinin sanitariya-epidemioloji vəziyyətini, ətraf mühitin vəziyyətini, demoqrafik prosesləri, əhalinin fiziki inkişafı və sağlamlığının öyrənilməsini və bu əsasda sağlamlaşdırıcı və tibbi-sosial tədbirlərin keçirilməsi üçün təkliflərin tərtibatını;
•  Dövlət sanitariya nəzarətinin həyata keçirilməsini;
•  Əhali arasında xəstəliklərin profilaktikasını, insanın yaşadığı mühitin və onun həyat fəaliyyəti şərtlərinin sağlamlaşdırılmasını;
• Dövlət idarəetmə orqanlarına, müəssisələrə, təşkilatlara, idarələrə, ictimai birliklərə və vətəndaşlara ərazinin və təsərrüfatı obyektlərinin sanitariya-epidemiolji vəziyyəti, əhalinin xəstəliklər,  Azərbaycan  Respublikası sanitariya qanunvericiliyinin normativ aktları haqqında informasiyaların təqdim edilməsini;
•  Sanitariya qaydalarının gözlənilməsi, gigiyenik və əks epidemik tədbirlərin yerinə yetirilməsi üzərində istehsal və ictimai nəzarətin aparılması sahəsində müəssisələrin, təşkilatların idarələrin, ictimai birliklərin və vətəndaşların fəaliyyətlərinin əlaqələndirilməsini;
•  Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində Dövlət idarəetmə orqanları, hüquq-mühafizə, təbiətin mühafizə, nəzarətedici orqanlar, ictimai birliklərlə əlaqəli fəaliyyətini;
•  Ətraf mühit faktorlarının əhalinin sağlamlığına zərərli təsirinin öyrənilməsi üzrə materialların və informasiyaların toplanılması və analizinin aparılmasını;
• Gigiyena və Epidemiologiya mərkəzinin tibbi kadrların hazırlanması və ixtisaslarının artırılmasını təşkil edir.
• Gigiyena və Epidemiologiya mərkəzinin maliyyələşdirilməsi və maddi-texniki  cəhətdən təchizatı Respublika büdcəsi, mərkəzləşdirilmiş mənbəələr hesabına həyata keçirilir.
• Gigiyena və Epidemiologiya mərkəzinin işçilərinin hüquq və məsuliyyətləri “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyənləşdirilir.

Direktor: H.R.SADIQOV
Ünvan AZ4200 Lənkəran şəhəri 20 yanvar küçəsi64
Əlaqə telefonları (025) 254-25-23, (025) 254-28-26
E-MAİL: lenkeran_gem@esehiyye.az

Keçidlər