Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

UŞAQ EVİ

O.Mirzəyev adına qarışıq tipli Uşaq evi və təhsil şöbəsi internet şəbəkəsinə qoşulmuşdur. O.Mirzəyev adına uşaq evi bölgədə yeganə uşaq evidir. Uşaq evi birtipli layihə əsasında tikilmiş, 2007-cı ildə Heydər Əliyev fondu hesabına əsaslı təmir olunmuş, gözəl və yaraşıqlı binada yerləşir. Burada uşaqların tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Uşaq evində 47 uşağın təlim-tərbiyəsi ilə 49 müəllim və texniki işçi məşğul olur. Bu səbəbdən uşaq evində tərbiyə alan uşaqların sayı getdikcə azalır. Uşaq evində 1 akt zalı, 2 kitabxana, oxu zalı, komputer otağı, emalatxana, xalçaçılıq otağı və idman zalı var. Uşaq evində yaşayan təlim-tərbiyə və bacarıqlarını artırmaq üçün komputer, ingilis dili, Azərbaycan dili, xalçaçılıq, qum üzərində rəsm, ebru rəsm və idman kursları təşkil olunmuşdur. Burada yaşayan və tərbiyə alan uşaqlar dövlətimiz tərəfindən Bakı şəhər Masazır qəsəbəsində "məzun evləri" ilə təmin olunur və uşaqlar deinstituzasiya proqramına uyğun olaraq tədricən bioloji ailələrə qaytarılır.

Keçidlər