İqtisadiyyat
2021-ci ildə Lənkəran rayonunun
sosial-iqtisadi inkişafının makroiqtisadi
göstəriciləri
Lənkəran rayonunda iqtisadiyyatın sahələri üzrə ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə sabit qiymətlərlə 504848,4 min manat olmuş və keçən illə müqayisədə 5,4 faiz artmışdır. Ümumi məhsulun 24,7 faizi sənayedə, 27,2 faizi kənd təsərrüfatında, 8,1 faizi tikintidə, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,7 faizi informasiya və rabitədə, 37,5 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində istehsal olunmuşdur.
2021-ci ildə tarlalardan qarğıdalı da daxil olmaqla 8135,1 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 3857,8 ton(7,1 faiz az) kartof, 84761,2 ton(4,6 faiz çox) tərəvəz, 20795,5 ton(3,3 faiz çox) meyvə və giləmeyvə, 317,2 ton(36,7 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.
2020-ci illə müqayisədə diri çəkidə ət istehsalı 0,7 faiz artaraq 6930,5 ton, süd istehsalı 0,8 faiz artaraq 35210,2 ton, yumurta istehsalı 0,5 faiz artaraq 19404 min ədəd və yun istehsalı 40,2 ton olmuşdur. Bundan başqa, rayonda 11773,5 kiloqram barama istehsal olunmuşdur.
2020-cu il ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 0,7 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2020-ci ilə nisbətən 52,2 faiz artaraq 124767,7 min manat təşkil etmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 85,5 faizi emal, 12,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 85,6 faiz olmuşdur. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci il vəziyyətinə 2520,9 min manatlıq hazır məhsul olmuşdur.
2021-ci ildə əsas kapitala 27322,7 min manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 21856,2 min manatı və ya 80,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Avtomobil nəqliyyatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2021-ci ildə 1681 min ton yük, 19434 min sərnişin daşınmışdır. 2020-ci il ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 3365,4 min manatlıq xidmətlərin 80,9 faizi əhaliyə aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 10,5 faiz artmışdır.
2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 577297,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 82549,2 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,3 faiz artmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 6,8 faiz azalmışdır.
2021-ci ildə 2020-ci il ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 8,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artmışdır.
2021-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 461,6 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin yerli idarəsinin operativ məlumatlarına əsasən 2020-ci ildə yerli büdcəyə 15575,6 min manat vəsait daxil olmuş, büdcədən 13221,6 min manat vəsait xərclənmişdir.
İlkin məlumatlara görə 2021-ci ildə əhalinin sayı 520 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 231573 nəfərə çatmışdır.
Makroiqtisadi göstəricilər ( min manat )
Göstəricinin adı |
2021-ci ildə, faktiki |
2021-ci il 2020-сi ilə nisbətən, faizlə |
Məlumat üçün 2020-ci il 2019-сu ilə nisbətən, faizlə |
Ümumi məhsul buraxılışı |
504848,4 |
105,4 |
85,1 |
Sənaye məhsulu, min manat |
124767,7 |
152,2 |
98,6 |
o cümlədən qeyri dövlət sektoru |
106809,7 |
162,3 |
106,8 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat |
27322,7 |
52,2 |
72,8 |
Kənd təsərrüfatı məhsulu, min manat |
137133,9 |
103,8 |
101,4 |
o cümlədən: bitkiçilik |
77568,6 |
106,3 |
102,1 |
heyvandarlıq |
59565,3 |
100,7 |
100,6 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
1681 |
101,2 |
67,1 |
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
19434 |
101,4 |
55,5 |
İnformasiya və rabitə xidmətləri, min manat |
3365,4 |
110,9 |
102,3 |
Pərakəndə ticarət dövriyyəsi, min manat |
577297,3 |
103,3 |
100,3 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
82549,2 |
106,8 |
72,9 |
Dövlət büdcəsinin gəlirləri, min manat |
15575,6 |
117,9 |
x |
Dövlət büdcəsinin xərcləri, min manat |
13221,6 |
120,9 |
x |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat(yanvar-noyabr ayları) |
461,6 |
103,7 |
119,5 |
Sənaye
2021-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 52,2 faiz artaraq 124767,7 min manat təşkil etmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 85,5 faizi emal, 12,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 106809,7 min manat(85,6 faiz) olmuşdur. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci il vəziyyətinə 2520,9 min manatlıq hazır məhsul olmuşdur.
Malların istehsalı və xidmətlərin göstərilməsi, fəaliyyət növləri üzrə
Fəaliyyət növlərinin |
Malların istehsalı və xidmətlərin göstərilməsi - cəmi, min manatla |
||
kodu |
adı |
hesabat dövrünün əvvəlindən |
əvvəlki ilin müvafiq dövründə |
A |
B |
1 |
2 |
Sənaye üzrə cəmi |
124767,7 |
81956,5 |
|
Mədənçıxarma sənayesi |
148.0 |
117.5 |
|
08 |
Mədənçıxarma sənayesinin digər sahələri |
148.0 |
117.5 |
Emal sənayesi |
106661,7 |
65728,6 |
|
10 |
Qida məhsullarının istehsalı |
104380,3 |
64243,1 |
11 |
İçki istehsalı |
61,2 |
47,4 |
13 |
Toxuсuluq sənayesi |
40,9 |
16,1 |
14 |
Geyim istehsalı |
677,9 |
76,6 |
16 |
Mebeldən başqa ağaсın emalı və ağaсdan məmulatların istehsalı |
41,0 |
12,5 |
18 |
Poliqrafiya məhsullarının istehsalı |
45,8 |
53,1 |
20 |
Kimya sənayesi |
0.0 |
0.0 |
22 |
Rezin və plastik kütlə məmulatlarının istehsalı |
107,7 |
188,8 |
23 |
Tikinti materiallarının istehsalı |
604,7 |
490,6 |
25 |
Hazır metal məmulatlarının istehsalı |
479,9 |
271,3 |
28 |
Maşın və avadanlıqların istehsalı |
0 |
0.0 |
31 |
Mebellərin istehsalı |
20,2 |
125,0 |
32 |
Sair sənaye məhsullarının istehsalı |
0 |
7,4 |
33 |
Maşın və avadanlıqların quraşdırılması və təmiri |
202,1 |
196,7 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı |
15884,3 |
14428,4 |
|
35 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı |
15884,3 |
14428,4 |
Su təchizatı; tullantıların təmizlənməsi və emalı |
2073,7 |
1682.0 |
|
36 |
Suyun yığılması, təmizlənməsi və paylanması |
1420,9 |
1060,9 |
38 |
Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi |
455,3 |
436,8 |
39 |
Digər tullantıların yığılması və məhv edilməsi |
197,5 |
184,3 |
Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 148,0 min manat olmaqla, əvvəlki illə müqayisədə 26,0 faiz artmışdır.
Sahənin əsas məhsulu olan tikinti qumu hasilatı 19,8 min ton təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.
Emal sənayesində 106661,7 min manatlıq(əvvəlki ilə nisbətən 62,3 faiz çox) məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 62,5 faiz, içki istehsalında 29,1 faiz artım müşahidə olunmuşdur.
Yeyinti sənayesi müəssisələrində mühüm növ məhsullar istehsalı aşağıdakı kimi olmuşdur.
|
Ölçü vahidi |
İstehsal(əmtəəlik) edilmişdir |
Keçən ilə nisbətən, faizlə |
Çörək məmulatı |
Ton |
219,5 |
63,7 |
Emal olunmuş çay məhsulları |
Ton |
3703,8 |
4,0 dəfə |
Emal edilmiş süd |
Ton |
11341,5 |
127,8 |
Yağ |
Ton |
106,3 |
41,9 |
Pendir və kəsmik |
Ton |
241,1 |
64,0 |
Qaymaq və yoqurt |
Ton |
488,6
|
81,7 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 15884,3 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faizlik artım müşahidə olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 23,3 faiz artaraq 2073,7 min manat təşkil etmişdir.
Hesabat ilində sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövründə olduğundan 8,3 faiz azalaraq 1994 nəfər təşkil etmişdir. Çalışan işçilərin orta aylıq nominal əmək haqqı 469,3 manat olmuş və əvvəlki ilə nisbətən 13,4 faiz artmışdır.
Sənayenin bölmələri üzrə orta aylıq nominal əmək haqqı,manat
Fəaliyyət növlərinin adı |
2021-ci il |
2020-ci ilə nisbətən, faizlə |
Cəmi |
468,7 |
113,4 |
Mədənçıxarma sənayesi |
264,9 |
102,0 |
Emal sənayesi |
391,5 |
119,7 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
729,4 |
107,8 |
Su təchizatı, tullantılarının təmizlənməsi və emalı |
450,6 |
108,5 |
Tikinti
2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 27322,7 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 5334,0 min manatı (19,5 faizi) istehsal sahələri üzrə, 12558,3 min manatı(46,0 faizi) xidmət sahələri üzrə obyektlərin, 9430,4 min manatı (34,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.
Ümumi sərmayənin 14720,3 min manatı(53,9 faizi) dövlət, 12602,4 min manatı(46,1 faizi) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 80,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 21856,2 min manat olmaqla əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 54,5 faiz azalmışdır.
Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri 8887,4 min manat, müəssisə və təşkilatların vəsaitləri 8706,8 min manat, əhalinin şəxsi vəsaitləri 9728,5 min manat təşkil etmişdir.
2021-ci ilin yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 19,2 faizi sənaye, 36,9 faizi tikinti, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 31,6 faizi təhsil, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,8 faizi ticarət; topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri fəaliyyət sahələrinə sərf edilmişdir.
Hesabat ilində ümumi sahəsi 12430,4 kvadrat metr (əvvəlki ildəkindən 51,1 faiz az ) yaşayış evi tikilib istifadəyə verilmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Əhalinin şəxsi vəsaiti hesabəna tikilmiş 105 yaşayış evlərinin və qeyri yaşayış tikililərinin dəyəri 6300,4 min manat olmuşdur.
Tikinti sahəsində fəaliyyət göstərən tikinti müəssisələri hesabat ilində öz gücləri ilə 40703,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 32,8 faiz az tikinti işləri yerinə yetirmişdir. Tikinti işlərinin 8489,6 min manatını (20,9 faizini) yeni tikinti, yenidənqurma və genişləndirmə, 1990,1 min manatını (4,9 faizini) əsaslı təmir, 30216,5 min manatını (74,2 faizini) cari təmir, 7,0 min manatını isə sair işlər təşkil etmişdir. Öz gücləri ilə yerinə yetirilmiş tikinti işlərinin 29633,6 min manatını (72,8 faiz) dövlət mülkiyyətində olan təşkilatların, 11069,6 min manatı (27,2 faiz) qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatların payına düşür.
2021-ci ildə tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə faktiki işləyənlərin orta siyahı sayı 617 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 387,9 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz azalmışdır. Fəaliyyət göstərən tikinti müəssisələrində çalışan işçilərin 71,3 faizi dövlət təşkilatlarında, 28,7 faizi isə qeyri-dövlət təşkilatlarında cəmləşmişdir.
Kənd təsərrüfatı
2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 137133,9 min manat təşkil etmişdir ki, onun da 77568,6 min manatı bitkiçilik, 59565,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
2020-ci il ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz artmışdır. Bitkiçilik məhsullarının istehsalı 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalın isə 0,7 faiz artmışdır.
Bitkiçilik. 2021-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 4844,3 hektar əkin sahəsindən 8135,1 ton və ya 2020-ci illə müqayisədə 37,4 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 16,8 sentner təşkil etmişdir.
İstehsal olunmuş taxıl məhsulunun 21,8 faizini (1774,0 ton) buğda, 34,5 faizini (2808,0 ton) arpa, 6,2 faizini (506,0 ton) paxlalılar təşkil etmişdir.
2021-ci ildə 3857,8 ton və ya əvvəlki ilə nisbətən 7,1 faiz az kartof, 84761,2 ton (4,6 faiz çox) tərəvəz, 389,3 ton (34,2 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 89,7 sentner, bostan məhsulları üzrə 82,8 sentner, tərəvəz üzrə isə 206,3 sentner olmuşdur.
2020-iu illə müqayisədə 2021-ci ildə 100,3 hektar çox çəltik əkilmişdir. 830,8 hektar əkilmiş çəltik sahəsindən 2668,1 ton məhsul götürülmüşdür ki, bu da keçən illə müqayisədə 109,5 ton çoxdur. Çəltiyin hər hektardan məhsuldarlığı 32,1 sentner olmaqla 2020-ci illə müqayisədə 2,9 sentner az olmuşdur.
Meyvə və giləmeyvə istehsalı 2021-ci ildə 3,3 faiz artaraq 20795,5 ton təşkil etmişdir. İl ərzində əlavə olaraq 15,2 hektarda limon, 7,2 hektarda naringi meyvə bağları salınmışdır.
2021-ci ildə 205,2 ton(65,3 faiz az) üzüm, 317,2 ton (36,7 faiz çox) yaşıl çay yarpağı yığılmışdır. Rayonda 4,7 hektar yeni çay sahəsi salınmışdır.
Bitkiçilik məhsullarının yığımı aşağıdakı cədvəldə verilmişdir:
|
2021-ci il |
2020-ci il |
||||
Yığılmış sahə, hektar |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq sent/ha |
Yığılmış sahə, hektar |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq sent/ha |
|
Payızlıq və yazlıq dənli və dənli (paxlalı) bitkilərin cəmi |
4844,3 |
8135,1 |
16,8 |
2454,2 |
5919,0 |
24,1 |
Ondan; buğda |
718,1 |
1774,0 |
24,7 |
849,3 |
1881,1 |
22,1 |
çəltik |
830,8 |
2668,1 |
32,1 |
730,5 |
2558,6 |
35,0 |
Kartof |
430,0 |
3857,8 |
89,7 |
466 |
4150,6 |
89,1 |
Tərəvəz |
4109,5 |
84761,2 |
206,3 |
3982,7 |
81024,6 |
203,4 |
Ərzaqlıq bostan bitkiləri |
47,0 |
389,3 |
82,8 |
82,5 |
591,4 |
71,7 |
Meyvə və giləmeyvə |
1772,3 |
20795,5 |
117,3 |
1723,6 |
20122,7 |
116,7 |
Yaşıl çay yarpağı |
355,8 |
317,2 |
8,9 |
377,8 |
232,0 |
6,1 |
Heyvandarlıq. 2021-ci ildə 6930,5 ton, yaxud əvvəlki ilə nisbətən 0,7 faiz çox diri çəkidə ət, 35210,2 ton (0,8 faiz çox) süd, 19404 min ədəd (0,5 faiz çox) yumurta, 40,2 ton yun istehsal olunmuşdur.
2021-ci ildə hər inək və camışdan orta hesabla 1427 kiloqram süd sağılmışdır (2020-ci ildə 1430 kq).
Heyvandarlıq məhsullarının istehsalının dəyişməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı kimi olmuşdur.
|
Ölçü vahidi
|
2020-ci il |
2021-ci il |
2021-ci il 2020-ci ilə nisbətən, %-lə |
Ət ( diri çəkidə ) |
ton |
6880,6 |
6930,5 |
100,7 |
Süd |
ton |
34936,2 |
35210,2 |
100,8 |
Yumurta |
min ədəd |
19300,0 |
19404,0 |
100,5 |
Yun |
ton |
40,2 |
40,2 |
100,0 |
İlkin məlumatlara görə 2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 53302 baş iribuynuzlu mal-qara, o cümlədən 24678 baş inək və camışlar mövcud olmuşdur. Qaramal naxırının 46,3 faizini inək və camışlar təşkil edir. Qoyun və keçilərin sayı 23474 baş olmaqla il ərzində 99 baş artmışdır.
Cari ilin yanvar-dekabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 114,8 ton (keçәn il 151,8 ton) quş әti istehsal olunmuşdur.
Nəqliyyat
2021-ci ildə avtomobil nəqliyyatı ilə 1681 min ton və ya 2020-ci ilə nisbətən 1,2 faiz çox yük daşınmışdır. Bu dövrdə yük dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq 334,3 min ton-km təşkil etmişdir.
Hesabat ilində sərnişin daşınması 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artmış və 19434 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 221.8 milyon sərnişin-km olmaqla 1,1 faiz artmışdır.
Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 8948,4 min manat olmuş və 2020-ci il ilə müqayisədə 27,4 faiz artmışdır.
Fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 7,2 faiz artmış və 5403,5 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında onun xüsusi çəkisi 60,4 faiz olmuşdur. Məhsul buraxılışında yük daşınmasından əldə olunan gəlirlər 2301,2 min manat (ümumi gəlirin 42,6 faizi), sərnişin daşınmasından əldə olunan gəlirlər 3102,3 min manat (ümumi gəlinin 57,4 faizi) olmuşdur. Məhsul buraxılışının həcmi yük daşınmasında 16,2 faiz və sərnişin daşınmasında 1,3 faiz artmışdır.
İnformasiya və rabitə
2021-ci il ərzində informasiya və rabitə müəssisələri 3365,4 min manatlıq xidmət göstərmişdir ki, onun da 80,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 10,5 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 5,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İstehlak bazarı
2021-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 668130,8 min manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artmışdır.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsinə nisbətən real ifadədə 3,4 faiz artaraq 643453,6 min manata bərabər olmuş, onun 86,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.
İstehlak bazarı üzrə əsas göstəricilər
|
2021-ci il, min manat
|
2021-ci il 2020-ci ilə nisbətən, faizlə |
İstehlak bazarında satılmış məhsul-ların və göstərilmiş xidmətlərin ümumi dəyəri |
668130,8 |
103,8 |
o cümlədən:dövlət mülkiyyəti üzrə |
24677,2 |
106,7 |
qeyri-dövlət mülkiyyəti üzrə |
643453,6 |
103,4 |
ondan: fərdi sahibkarlar üzrə |
558446,7 |
103,1 |
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 240,7 manatlıq və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə etmişdir.
Məhsul bazarı
2021-ci ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 577297,3 min manat olmuşdur.
Məhsul bazarı üzrə əsas göstəricilər
|
2021-ci il, min manat |
2021-ci il 2020-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
577297,3 |
103,3 |
o cümlədən: müəssisələr üzrə |
69944,5 |
126,1 |
fərdi sahibkarlar üzrə |
457098,7 |
100,8 |
bazar və yarmarkalar üzrə |
50254,1 |
85,7 |
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 208,0 manatlıq və ya 2020-ci il ilə müqayisədə 18,8 manat çox əmtəə almışdır.
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2020-cu ilin eyni dövrünün səviyyəsinə nisbətən real ifadədə 2,0 faiz artaraq 373495,6 min manata çatmışdır. Ticarət dövriyyəsi 203801,7 min manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2020-ci il ilə müqayisədə 4,8 faiz çox olmuşdur.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 134,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 73,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 64,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 35,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
İctimai iaşə xidmətləri
2021-ci ildə ictimai iaşə dövriyyəsi 2020-ci il ilə müqayisədə real ifadədə 50,4 faiz artaraq 8284,3 min manat olmuşdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,0 dəfə artaraq 3910,4 min manat olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üzrə isə ictimai iaşə dövriyyəsinin həcmi 4,5 faiz artaraq 4373,9 min manat təşkil etmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlər
2021-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8 faiz artaraq 82549,2 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 32166,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 39,0 faizini təşkil etmişdir.
Hesabat ilində hər bir rayon sakini orta hesabla ayda 29,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Ödənişli xidmətlərin həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:
|
2021-ci il, min manatla |
2021-ci il, 2020-ci ilə nisbətən, faizlə |
Ödənişli xidmətlərin ümumi həcmi |
82549,2 |
106,8 |
o cümlədən: hüquqi şəxslər |
32166,0 |
117,2 |
fiziki şəxslər |
50383,2 |
101,1 |
Əhaliyə göstərilmiş xidmətlərin 29,9 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Qeyri-dövlət müəssisələri tərəfindən əhaliyə 57880,3 min manatlıq və ya 2020-ci ilin müvafiq dövründən 7,1 faiz çox ödənişli xidmət göstərilmişdir.
Məşğulluq və işsizlik
2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 119677 nəfər olmuş, onlardan 111876 nəfərini məşğul əhali təşkil etmişdir.
2021-ci ildə faktiki muzdla işləyənlərin orta siyahı sayı 21809 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 13245 nəfər, qeyri-dövlət sektorunda isə 8564 nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 16,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,2 faizi emal sənayesində, 2,8 faizi tikintidə, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 0,1 faizi mədənçıxarma sənayesində, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 30,5 faizi təhsil, 25,7 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi istirahət, əyləncə və incəsənət, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2021-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,8 saat təşkil etmişdir.
“Azərbaycan Respublikası Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Lənkəran rayonunda 2021-ci ildə 770 yeni iş yeri açılmışdır ki, bunun da 590-ı daimidir. Daimi iş yerlərindən 495-i və ya 83,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 95-i və ya 16,1 faizi mövcud və fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda açılmışdır.
Əmək haqqı
2021-ci ilin yanvar-dekabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 461,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 505,3 manat, özəl müəssisələrdə isə 393,9 manat olmuşdur.
2021-ci ildə iqtisadi fəaliyyət və
mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)
İqtisadi fəaliyyət növləri
|
Cəmi |
o cümlədən |
|
dövlət |
qeyri-dövlət |
||
Rayon üzrə-cəmi |
461,6 |
505,3 |
393,9 |
Kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq |
380,3 |
412,8 |
339,3 |
Mədənçıxarma sənayesi |
264,9 |
- |
264,9 |
Emal sənayesi |
391,5 |
- |
391,5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı |
729,4 |
729,4 |
- |
Su təchizatı, tullantıların təmizlən-məsi və emalı |
450,6 |
450,6 |
- |
Tikinti |
387,9 |
401,6 |
353,8 |
Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri |
353,6 |
328,0 |
353,6 |
Nəqliyyat və anbar təsərrüfatı |
346,3 |
385,1 |
298,3 |
Yaşayışın təşkili və ictimai iaşə |
567,4 |
- |
567,4 |
İnformasiya və rabitə |
439,2 |
430,6 |
473,7 |
Maliyyə və sığorta fəaliyyəti |
1408,2 |
1091,8 |
1445,3 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1150,8 |
1413,0 |
306,1 |
Peşə, elmi və texniki fəaliyyət |
556,5 |
508,6 |
821,0 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
302,1 |
307,5 |
290,7 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
787,8 |
817,5 |
290,4 |
Təhsil |
470,7 |
473,1 |
231,2 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
471,6 |
474,3 |
288,9 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
405,6 |
406,8 |
324,5 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
448,5 |
367,5 |
490,7 |
Yaşayışın təşkili və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.