Lənkəran Rayon Baytarlıq İdarəsi
Lənkəran Rayon Baytarlıq İdarəsinin vəzifəsi:
-
Heyvanların yoluxucu və yoluxmayan xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq;
-
Əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;
-
Dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, onların idxalına və ixracına baytarlıq nəzarətini həyata keçirmək;
-
Heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələrini işləyib hazırlamaq;
-
Baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;
-
Xarici ölkələrdən yoluxucu heyvan xəstəliklərinin Azərbaycan Respublikası ərazisinə keçməsinin qarşısını almaq və qanunvericilikdə nəzərdə tutulan digər tədbirləri yerinə yetirmək;
-
Baytarlıq elminin inkişaf etdirilməsi üçün tədbirlər görmək:
İdarənin rəisi: İskəndərov Əzizağa Nurməmməd oğlu
Ünvan: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 187
Telefon: (025) 255-15-84