Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş məktəbli gənclərin ümumrayon forumu keçirildi
Mayın 4-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Şəhər İcra Hakimiyyətinin və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider H.Əliyevin 95–ci ildönümünə həsr olunmuş məktəbli gənclərin ümumrayon forumu keçirilmişdir. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra forum H.Əliyevin ictimai – siyasi fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə davam etmişdir.
Forumda Mərkəzin direktoru R. Sadıxovanın, Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimovun, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi K.Manafovanın və başqa iştirakçıların çıxışları dinlənilmişdir. Çıxışlarda birmənalı olaraq vurğulanmışdır ki, H.Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarı, iki əsrin nəhəng ictimai xadimi, siyasi lideridir. O, hər zaman bütün sahələrin inkişafı ilə yanaşı böyüməkdə olan gənc nəsilə də diqqət və qayğını əsas tutmuşdur. Ulu Öndərimiz uzaqgörən siyasəti ilə qeyd edirdi ki, Azərbaycanın sabahı məhz bu günki nəslin formalaşmasından asılıdır.
Bu dahi insanın həyatı hər bir məktəbli gənc üçün böyük örnək olmalıdır.
Mərkəzin rəsm studiyasının istedadlı gənc rəssamlarının Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri rəsm əsərləri, dekorativ tədbiqi sənət nümunələri və Mərkəzin rəqs hazırlıq kursunun uşaqlarının ifasında bir-birindən maraqlı rəqsləri də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sonda təhsil nailiyyətlərinə görə “Ictimai fəal şagird” və “Gənc istedad” nominasiyası üzrə qaliblər Heydər Əliyev Mərkəzinin xüsusi diplomları ilə təltif olunmuşlar.