Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “MANDARİN” UŞAQ ƏYLƏNCƏ MƏRKƏZİNİN AÇILIŞI OLDU

17 avqust 2016 | 16:00

Avqustun 17-də Lənkəran rayonunun Velədi kəndinin ərazisində, Bakı-Astara magistral yolunun kənarında Qazaxıstan Respublikasında yaşayan azərbaycanlı iş adamı Şahverdi Babayevin maliyyə dəstəyi ilə “Mandarin” Uşaq Əyləncə Mərkəzinin açılış mərasimi keçirildi.
Mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, uşaq bağçalarının fidanları və azyaşlı uşaqlar iştirak edirdilər.
İcra başçısı mərkəzin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etdi. Azərbaycanın dünyada iqtisadi böhranın dərinləşdiyi şəraitdə də inkişaf etdiyini vurğulayan T.Qaraşov regionlarda da yeni-yeni obyektlərin açılmasını yüksək dəyərləndirdi, mərkəzin kollektivinə ən xoş və səmimi arzularını çatdırdı, burada uşaqların şən və mənalı istirahəti üçün yaratdığı hərtərəfli şəraitə görə iş adamı Şahverdi Babayevə təşəkkürlərini bildirdi.
Sonra mərkəzin üçüncü mərtəbəsində istedadlı uşaq və gənclərin iştirakı ilə hazırlanan “Gəlin birlikdə şənlənək” konsert proqramı nümayiş etdirildi.
Həmin gün balacalar gün ərzində mərkəzin xidmətindən səmərəli istifadə etdilər, onlara pulsuz təqdim olunan dadlı nemətlərdən, şirələrdən və şirniyyatlardan daddılar.
Uşaq Əyləncə Mərkəzinin direktoru Vadim Qasımovun verdiyi məlumata görə, smeta dəyəri 1,5 milyon manat olan üç mərtəbəli mərkəzin ümumi sahəsi 2500 kv.m-dir. Binanın birinci mərtəbəsində uşaqlar üçün market, gözəllik salonu, ikinci mərtəbəsində bolinq zalı, fitobar və oyun zalı, 7D sinema kino zalı, üçüncü mərtəbəsində isə əyləncə mərkəzi, banket zalı və kafe fəaliyyət göstərir. Mərkəzdə gün ərzində 1500 nəfər uşağın əylənməsi üçün şərait var.

Keçidlər