Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran “qastronomiya” tematikası üzrə UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil olub

10 noyabr 2021 | 16:00

Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin səyləri nəticəsində Lənkəran şəhəri şəbəkənin “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər siyahısına salınıb.
UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 49 şəhər daxil edilib.
Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.
Şəbəkəyə davamlı şəhər strategiyasını inkişaf etdirmək üçün mədəniyyət və yaradıcılığa – sənətkarlıq və xalq sənəti, dizayn, kino, qastronomiya, ədəbiyyat, media sənəti və musiqiyə sərmayə qoyan 90 ölkəni əhatə edən 295 şəhər daxildir.
2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Bu, Azərbaycanın yaradıcı şəhərlər siyahısında 3-cü şəhəridir.
Daimi nümayəndəliyimiz tərəfindən Lənkəran şəhərinin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, qastronomiyası haqqında lazımi məlumatlar toplanaraq UNESCO-ya təqdim edilib.

Keçidlər