Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Yeni nəfəs, yeni görünüş

25 aprel 2020 | 16:00

Bura bizim Lənkəranımızdır. Dövlət Başçımızın daim diqqət və qayğısı ilə əhatə olunmuş  Lənkəranımız.
Son zamanlar Lənkəranda abadlıq-quruculuq işlərinin digər bir istiqaməti çoxmənzilli yaşayış binalarında aparılan təmir-bərpa və bərkitmə işləri, dam örtüklərinim dəyişdirilməsi prosesi ilə bağlıdır. Bu proses Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işlərinin ayrılmaz tərkib hissəsinə çevrilib. Şəhərdə onlarla çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, binaların qarşısı asfaltlaşdırılıb.
Hazırda bu işlər Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən uğurla davam etdirilir və daha 5 çoxmənzilli yaşayış binasında təmir-bərpa və bərkitmə işləri aparılır. Görülən bütün işlər Lənkəran sakinlərinin rifah halının yaxşılaşdırılmasına, onların daha təhlükəsiz və rahat yaşamasına xidmət edir.  Çoxmənzilli yaşayış binalarının yaraşıqlı görkəmi həm bina sakinlərinin, həm də bütün lənkəranlıların böyük sevincinə və rəğbətinə səbəb olub.

Keçidlər