Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərində regional konfrans keçirilib

01 noyabr 2019 | 16:00

 Respublika Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Lənkəran Şəhər İcra Hakimiyyətinın birgə təşkilatçılığı ilə Lənkəranda "Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi" mövzusunda regional konfrans keçirilib. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Ölkənin 12 rayonunun Ağsaqqallar Şuralarının sədrlərinin, həmin rayonların YAP Gənclər birliklərinin, Gənclər və İdman idarələrinin rəhbərlərinin və nümayəndələrinin iştirak etdiyi konfransı Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov açıb. Natiq çıxışında Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi gündən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunu davam etdirdiyini önə çəkərək uğurla həyata keçirilən islahatlar hesabına sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində yüksək nailiyyətlərin qazanıldığını qeyd etmiş və bu nailiyyətlərin qazanılmasında yaşlı nəslin nümayəndələri ilə gənclərin də yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf proseslərində regionlarda həyata keçirilən quruculuq-abadlıq işlərinin, icra olunan sosial-iqtisadi layihələrin, xüsusilə aqrar sahənin yüksəlişinin mühüm yer tutduğunu qeyd edib. Ölkədə gedən hərtərəfli inkişafdan danışan natiq  Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 10 dövlətindən biri olduğunu xüsusi vurğulayıb. Sonra İcra başçısı Lənkəran rayonunun sosial-iqtisadi inkişafının davamlı şəkil almasını ölkə Prezidentinin islahatlar kursunun məntiqi nəticəsi olduğundan söz açıb."Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da çıxışında ölkədə yeni islahatlar strategiyasının başladığını diqqətə çatdırıb. Ağsaqqallarla gənclərin eyni konfransa toplanmasını yeniliklə təcrübənin birləşməsi kimi xarakterizə edən B. Sadıqov bunun ölkə başçısının ətrafında sıx birləşmənin təcəssümü olduğunu vurğulayıb. Sonra bölgələri təmsil edən ağsaqqallar və gənclər tərəfindən mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov səmərəli ictimai-siyasi fəaliyyətinə görə və anadan olmasının 98-ci ildönümü münasibətilə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Kamal İsrafil oğlu Kələntərlini fəxri fərmanla təltif edib.

Keçidlər