Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH-də aparat müşavirəsi

25 iyul 2019 | 16:00

 25 iyul 2019-cu il tarixdə Lənkəran ŞİH-də aparat müşavirəsi keçirilib. Müşavirədə “Havaların isti və quraq keçməsi ilə əlaqədar baş verən yanğın hadisələri, yanğınların səbəbləri və fəsadları”, “Erkən nigahlar və onların fəsadları” və “Əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə” məsələlər müzakirə olunub.  Müşavirəni giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov müzakirə olunan məsələlərin aktuallığı barədə danışaraq yerlərdə yanğınlara səbəb olan və buna şərait yaradan mənbələrin ləğv edilməsinin vacibliyini, mürəkkəb sosial problemlər yaradan erkən nikahların qarşısının alınması ilə bağlı təbliğat-izahat işlərinin aparılmasını, maarifləndirici tədbirlərin genişləndirilməsini, burada kütləvi informasiya vasitələrinin gücündən səmərəli istifadə etməyi, qəzetlərdə və televiziya kanallarında məqalələrin dərc olunmasını, verilişlərin səsləndirilməsini tövsiyyə edib. Natiq bu sahədə ictimaiyyətin qüvvəsindən, müəllim və tərbiyəçilərin, valideynlərin, ağsaqqal və ağbirçəklərin qüvvəsindən səmərəli istifadə olunması yollarından danışıb. Natiq eyni zamanda əhalinin siyahıyaalınmasının sosial-iqtisadi və demoqrafik əhəmiyyətini önə çəkməklə hamını bu vacib kampaniyada yaxından iştirak etməyə çağırıb.Sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızının “Erkən nikahlar və onların fəsadları” və Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimovun “Əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə” məsələlərə dair məruzələri dinlənilib, müzakirələr aparılıb.

Keçidlər