Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “26 İyun Silahlı Qüvvələr Günü” münasibətilə tədbir-sərgi keçirilmişdir

26 iyun 2019 | 16:00

  26 iyun 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə Mərkəzin rəsm studiyasının istedadlarının rəsm əsərlərindən ibarət “Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz xidmətləri” adlı tədbir-sərgi keçirilmişdir.Tədbir İştirakçıları ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Daha sonra sərginin təqdimatı keçirilmişdir.Sərgi ilə tanış olandan sonra hərbi qulluqçular Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla tanış olmuşlar.

Keçidlər