Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı”nın 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

25 fevral 2019 | 16:00

25 fevral 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Bəşər tarixində izi qalan Xocalı qətliamı” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin əsas məqsədi yeni nəslə bu faciəli günün dəhşətlərini,  zaman-zaman Azərbaycan xalqının başına gətirilmiş insanlığa sığmayan erməni vəhşiliklərini daha da dolğun şəkildə çatdırmaq idi.
 Tələbə-gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq iştirakçılara Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu və bu cinayəti törədənlərin tarix qarşısında mütləq cavab verəcəklərini söyləmişdir. Eləcə də o, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan azad olması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhval-ruhiyyəsini artırır.
 Tədbirdə iştirak edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Güloğlan Bağırov və Lənkəran Dövlət Universitetinin Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Məmmədov da öz çıxışlarında Xocalı soyqırımını XX əsrin sonunda ermənilərin indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərindən biri kimi qiymətləndirmişlər.
 Tədbirin sonunda Mərkəzin rəsm studiyasının üzvlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuş və “Xocalı harayı” mövzusunda məktəblilərin inşa müsabiqəsinin, Mərkəzin rəsm studiyasının istedadlı üzvlərinin rəsm əsərlərinin qalibləri Mərkəz tərəfindən nominasiyalar üzrə diplomlarla mükafatlandırılmışlar.

Keçidlər