Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhərdə aparılan abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

01 noyabr 2023 | 12:56

     Oktyabrın 31-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Tədbirlər Planına uyğun olaraq Lənkəran şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti ilə yerində tanış olub. Şəhərin Heydər Əliyev prospekti və akademik Zərifə Əliyeva 78/5, Qala Xiyabanı, M.M.Axund küçələrində aparılan abadlıq-təmir işlərinə baxış keçirən icra başçısı görülən işlərin keyfiyyəti ilə yaxından maraqlanıb. Qeyd edək ki, sözügedən ərazilərdə sıradan çıxmış səki daşlarının yeniləri ilə əvəzlənməsi, səkilərə yeni tamet lövhələrin vurulması, bordürlərin düzülməsi, yolboyu hasarların emusiya ilə rənglənməsi, habelə işıqlandırma ilə bağlı mövcud olan çatışmamazlıqların aradan qaldırılması işləri aparılır.

     Aparılan işlərin gedişi ilə tanış olan Taleh Qaraşov müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

 

Keçidlər