Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Elnur Talıbov küçəsinin asfaltlanması yekunlaşıb

31 oktyabr 2024 | 12:18

     Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri davam etdirilir. İl sonunadək 11 küçənin asfaltlanması nəzərdə tutulur ki, bunlar şəhid Elşad Zeynallı,  Orxan Quluzadə,   Emil Qurbanov,  Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 2, Mirmustafaxan, Əli Məmmədov küçələridir.   Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb və bir neçə küçənin asfaltlanması yekunlaşıb. Əli Məmmədov və  Tofiq İsmayılov dalan 1 küçələrindən sonra şəhid Elnur Talıbov küçəsinin asfaltlanması tamamlanıb.  Hazırda adları qeyd olunan digər küçələrdə asfaltlanmaya hazırlıq işləri aparılır.

    Asfaltlanma işlərinin aparılması yerli sakinlər tərəfindən məmnuniyyətlə qarşılanır və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər