Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yaşayış binalarının təmirinə başlanılıb

30 oktyabr 2023 | 17:20

     Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin aparılması, ərazinin təmiz və səliqəli saxlanılması Şəhər İcra hakimiyyətinin gündəlik fəaliyyət istiqamətlərindəndir. Cari ildə ümumrayon üzrə aparılan iməclik, mütəmadi ekoloji təmizlik aksiyaların keçirilməsi, yeni işıqlandırma sisteminin qurulması, park və istirahət mərkəzlərində insanların rahat dincəlməsi üçün müvafiq şəraitin yaradılması, şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə pıastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması, yolların təmir və yenidən asfaltlanması sözügedən fəaliyyətin bir qismini təşkil edir.

    Lənkəran rayonunun sosial-iqtidasi tədbirlər planına uyğun olaraq çoxmənzilli yaşayış binalarında da abadlıq-qurucluq və təmir işlərinə başlanılıb. Belə ki, şəhərin akademik Zərifə Əliyeva küçəsi 78/15 və Qala Xiyabanı 5 ünvanındakı yaşayış binasında blokların təmiri istiqamətində addımlar atılıb. Pilləkənlərin qəfəslərinin zədələnmiş hissələri təmir edilir, bloklara yeni dəmir seyf qapılarının qoyulur, mərtəbələr arasında pencərələrin plastik pencərələrlə əvəzlənir. Qeyd edək ki, ilkin mərhələdə sözügedən işlərin Heydər Əliyev prospekti 17/11, Zərifə Əliyeva 78/9, 20 Nizami 91,92, 84, 82 və 85 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarında aparılması nəzərdə tutulur.

    Bundan başqa, Heydər Əliyev prospekti, M.M.Axund küçəsi, Z.Əliyeva küçəsi 78/5 i binanın qarşısı və Qala Xiyabanı küçəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsiişləri aparılır. Qala Xiyabanı küçəsində sıradan çıxmış üzlüklər sökülərək sakinlərin arzu və istəklərinə uyğun olaraq yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir.

     Abadlıq, təmir işlərinin aparıldığı binanın sakinləri görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər