Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda Şəkər Aslan, Vaqif küçəsi dalan 1 və Füzuli küçəsi dalan 3 küçələrinin də asfaltlanması yekunlaşıb

05 sentyabr 2025 | 12:30

   Nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması, şəhərin ümumi görünüşünün və estetik dəyərinin artırılması, eləcə də yolun uzunömürlülüyünün təmin olunmasında mühüm rol oynayan asfaltlanma işlərinin aparılması Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) xüsusi diqqətində olan məsələlərdəndir. Bu istiqamətdə cari ildə 8 küçənin asfaltlanması nəzərdə tutulub ki, bunlar Kamil Kazımov, Vaqif küçəsi dalan 1, H.Z.Tağıyev, Molla Baba Axund, Mirzə Məhəmmədhüseyn Axund, Koroğlu, Şəkər Aslan, Füzuli dalan 3 küçələridir. Qeyd edək ki, artıq ilkin mərhələdə 3 küçədə - H.Z.Tağıyev, Kamil Kazımov və Molla Baba Axund küçələrində asfaltlanma işləri yekunlaşıb.

  Sentyabrın 5-də  daha 3 küçədə - Şəkər Aslan, Vaqif küçəsi dalan 1 və Füzuli küçəsi dalan 3 küçələrində asfaltlanma işlərinə yekun vurulub. Qeyd edək ki, digər 2 küçədə də artıq asfaltlanmaya hazırlıq işlərinə başlanılıb.

   Şəhər sakinləri küçələrin yüksək keyfiyyətlə asfaltlanması işlərini böyük məmnuniyyətlə qarşılayıb və buna görə şəhər İcra hakimiyyətinə ünvanlanan müraciətlərdə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 
Keçidlər