Lənkəranda sayca 4-cü küçə - 20 Yanvar küçəsinin asfaltlanması yekunlaşıb
Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq il sonunadək 11 küçənin asfaltlanması nəzərdə tutulur ki, bunlar şəhid Elşad Zeynallı, Orxan Quluzadə, Emil Qurbanov, Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 2, Mirmustafaxan, Əli Məmmədov küçələridir. Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri aparılır.
Qrafikə uyğun olaraq artıq bir neçə küçənin asfaltlanması yekunlaşıb. şəhid Elnur Talıbov, Əli Məmmədov və Tofiq İsmayılov dalan 1 küçələrindən sonra 20 Yanvar küçəsinin də asfaltlanması yekunlaşıb. Hazırda asfaltlanması nəzərdə tutulan digər küçələrdə asfaltlanmaya hazırlıq işləri aparılır.
Küçələrin asfaltlanması şəhər sakinləri tərədinfən məmnuniyyətlə qarşılanır və bütün bunlara görə yerli sakinlər cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.