Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda abadlıq-quruculuq işləri davam etdirilir

24 oktyabr 2023 | 17:52

    Lənkəran rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq cari ildə də  abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi işlərin görülməsi davam etdirilir. İlboyu aparılan abadlıq-quruculuq işləri mütəmadi xarakter alıb. Rayonumuzu digər inzibati ərazi vahidləri ilə birləşdirən bütün ana yollardakı, eləcə də şəhər ərazisindəki yolboyu hasarlar rənglənib, ağac dibləri ağardılıb, bütün ərazi davamlı olaraq kol-kosdan təmizlənib.

   Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, habelə yolboyu hasar və həyət darvazalarının rənglənməsi işləri aparılır.

     Şəhərin mərkəzi küçələrindən olan Qala Xiyabanı küçəsində də təmir-bərpa işlərinə başlanılıb. Qeyd edək ki, sıradan çıxmış travet listlər sökülərək sakinlərin arzu və istəklərinə uyğun olaraq yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir.

   İnsanların zövqünü oxşayan abadlıq-quruculuq işləri Lənkəran sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və yerli insanlar görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər