Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran son 10 ildə: Yol infrastrukturunun yenilənməsi

18 iyul 2023 | 11:11

     Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son 10 ildə Lənkəran rayonunda ümumi uzunluğu 200 km-ə yaxın 9 yol layihəsi icra edilərək istifadəyə verilib. Bunlar Şürük–Vel-Qamışovka, Lənkəran–Vilvan - Osakücə - Türkəncil, Vilvan-Zövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqcılar, Aşağı Nüvədi-Kənarmeşə-Şürük, Hirkan-Daştatük-Biləsər, Lənkəran-Lerik, Hirkan-Mamusta-Siyavar, Səpnəkəran – Şürük - Sütəmordov - Velədi - Gərmətük - Bala Şürük – Kosalar-Kərgəlan - Lüvəsər - Bəlləbur – Qurumba kəndlərarası avtomobil yollarıdır. Qeyd edək ki, ümumi uzunluğu 75,2 km əhatə edən daha 2 yeni yol layihəsi investisiya proqramına daxil edilib.

      Bundan başqa, 2012-ci ildən 2023-cü ilədək Lənkəran və Liman şəhərlərində 74 küçə, ümumilikdə 427099 kv.m yol asfaltlanıb. Bununla yanaşı, cari ildə 21 küçənin asfaltlanması da nəzərdə tutulub. Qeyd edək ki, şəhərin Hənifə Abdullayev və Qala xiyabanı küçəsindən sonra Rövşən Bayramov küçəsinin də asfaltlanması artıq yekunlaşaraq ümumi istifadəyə verilib və digər küçələrə yeni asfalt örtüyünün döşənməsi yaxın günlərdə davam etdiriləcək.

     Yol infrastrukturunun yenilənməsi ilə zərurət yaranan bir sıra ərazilərdə vətəndaşların rahat gediş-gəlişini təmin etməkdən ötrü körpülərin də tikintisi həyata keçirilib. 2012-2023-cü illər ərzində rayonun 10 yaşayış məntəqəsində ümumilikdə 19 körpünün inşası tamamlanıb. Günəhirdə 7, Bəlitonda 1, Siyablida 1, Daşdatükdə 1, Biləsərdə 2, Aşağı Nüvədidə 3, Vilvanda 1, Gəgiranda 1, Tüədoda 1, Osakücədə 1 körpü tikilib istifadəyə verilib.

    Yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran rayonunda cari ildə də dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq davam etdiriləcək. Təmirə ehtiyacı olan şəhərdaxili yolların əsaslı təmiri Lənkəran şəhərinin sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına daxil edilib. Başqa sözlə, Lənkəran ŞİH bu istiqamətdə bütün zəruri addımları atır.

 

Keçidlər