Lənkəran son 10 ildə: Ümumilikdə 35 orta və məktəbəqədər təhsil müəssisəsi yenidən inşa və əsaslı təmir edilib
Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsilin inkişafı strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri hər zaman dövlət başçısı cənab İlham Əliyevin ən həssas yanaşdığı məsələlərdəndir. Ümumilikdə təhsilin inkişafı əhalinin rifahının yaxşılaşması, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Bütün bunların təmin olunması üçün normal təhsil şəraitinin mövcudluğu ən başlıca amillərdəndir. Cənab Prezident İlham Əliyevin məktəbəqədər, orta və ali təhsil müəssisələrinin maddi-texniki bazalarının, təhsil infrastrukturunun inkişafı istiqamətindəki xüsusi qayğısı nəticəsində 2012-2023-cü illər ərzində Lənkəranda ümumilikdə 32 orta məktəb, 3 uşaq bağçası binası əsaslı təmir və yenidən inşa edilib.
Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirən təşkilat kimi Lənkəranda da təhsil sahəsindəki xidmətləri ilə seçilir. Belə ki, Heydər Əliyev Fondu hesabına Haftoni, Nərimanabad qəsəbə və Viravul kənd 2 saylı məktəbləri üçün yeni bina tikilib, Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziya təmir edilib və Lənkəran şəhər 1 saylı tam orta məktəbin əsaslı təmiri yekunlaşmaqdadır.
Lənkəran şəhər 8 nömrəli tam orta məktəb, Hirkan qəsəbə, Xarxatan, Şilavar, Vilvan, Daştalıqjar, Qurumba, Tükəvilə, Darquba, Separadi, Şağlaser, Tütəpeştə, Yuxarı Nüvədi, Xanbulan, Bəliton, Gəgiran, Şıxəkəran kənd məktəbləri üçün yeni bina tikilib istifadəyə verilib, Lənkəran şəhər 2 nömrəi, 7 nömrəli və Zövlə kənd məktəbinin binalarının əsaslı yenidənqurulması həyata keçirilib, habelə Köhnəgəgir, Jidi, Türkəncil, Alazəpin, Təngivan, Siyavar və Kosalar kəndlərində yeni modul tipli məktəblər quraşdırılıb. Bundan başqa, Lənkəran şəhər 5 nömrəli və Lənkəran şəhərində 120 yerlik uşaq bağçalarının tikintisi başa çatdırılıb, Lənkəran şəhər 17 nömrəli uşaq bağçası əsaslı təmir olunub. Bundan əlavə, şəhər 2 nömrəli oğlanlar üçün kiçik qrup evi tikilib. Qeyd edək ki, Lənkəran Peşə Liseyi üçün yeni tədris, yataqxana və labaratoriya binasının tikintisi və Liman şəhər 1 saylı tam orta məktəbin təmiri hazırda davam etdirilir.
Regionun ilk və yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinin 2012-2023-cü illər ərzində yeni tədris korpusu, yataqxana binası, universitetin 1 nömrəli tədris korpusuna əlavə olaraq 4 mərtəbəli tədris korpusu, 36 nəfərlik turizm-təcrübə bazası və yemekxana binası, 2-ci yeni tədris korpusu tikilib istifadəyə verilib. Bundan başqa, Lənkəran Dövlət Universitetinin elmi binası əsaslı təmir olunub.