Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran son 10 ildə: Səhiyyə sahəsində aparılan quruculuq işləri

12 sentyabr 2023 | 09:19

     Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Cənab Prezident İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin prioritet təşkil etməsi özünü bütün sahələrdə açıq-aydın göstərir. İnsan sağlamlığının cəmiyyətin sərvəti olduğunu nəzərə alsaq, ölkədə səhiyyənin inkişafının, yeni texnoloji ixtiraların tətbiqinin nə qədər zəruri olduğunu söyləyə bilərik. Ölkəmizdə səhiyyə sahəsindəki dayanıqlı inkişaf Lənkəranda da son illər ərzində özünü daha qabarıq göstərir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində son 10 il ərzində Lənkəran da sözügedən sahədə kifayət qədər inkişaf yolu keçib. Belə ki, TƏBİB-in tabeliyində olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi əsaslı şəkildə yenidən qurulub, ən müasir tibbi avadanlıqlar və texnologiya ilə təmin edilib, İnvazif Kardiologiya və Ürək-damar cərrahiyəsi şöbələri yaradılıb ki, bütün bunlar region əhalisinin müalicəsinin daha əlçatan olmasına xidmət edir. Bundan başqa, Lənkəran rayonlararası Narkoloji Xəstəxanası və Lənkəran rayonlararası Psixatriya Xəstəxanası yenidən inşa edilib. Əlillərin Regional Bərpa Mərkəzi əsaslı təmir olunub. Lənkəran Regional Diaqnostika Mərkəzinin nəzdində yeni 70 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəzi yaradılıb.

   Dövlət səhiyyə sisteminin inkişafı ilə yanaşı, Lənkəranda yeni özəl klinikaların və tibb müəssisələrinin açılması da diqqət mərkəzindədir. Artıq Lənkəran-Astara iqtisadi rayonuna daxil olan ərazilərin sakinləri müayinə və müalicə üçün paytaxta deyil, ən müasir avadanlıqlarla təmin olunan, dünyanın aparıcı dövlətlərində təcrübə keçmiş həkimlərin çalışdığı yerli özəl klinikalara da müraciət edə bilirlər. Bu isə region əhalisinin vaxt və maddi vəsait itkisinin qarşısını almağa xidmət edir.

 

 

Keçidlər