Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran son 10 ildə: Mədəniyyət, gənclər və idman sahələrində aparılan quruculuq işləri

24 avqust 2023 | 11:19

       Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Ölkədə mədəniyyətin tərəqqisi, mənəvi dəyərlərin qorunub saxlanılması, gənclərin sağlam ruhda böyüməsi, idmanın inkişafı hər zaman cənab Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə müşahidə olunub. Yeni mədəniyyət, idman obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri respublikanın bütün ərazilərində, o cümlədən Lənkəranda da mütəmadi davam etdirilir. 2012-2023-cü illər ərzində Lənkəranda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Belə ki, 2012-ci ildə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, 2013-cü ildə Gənclər Mərkəzinin, 2015-ci ildə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin və Lənkəran Tarix-Diyarşunaslıq Muzeyinin (Xan evi) açılış mərasimlərində Cənab Prezident İlham Əliyev iştirak edib, 2018- ci ildə Lənkəran Olimpiya İdman Kompleksinin açılış mərasimində dövlət başçısı Cənab İlham Əliyevlə birgə Birinci vitse- prezident Mehriban xanım Əliyeva da iştirak edib. Sözügedən dövr ərzində Heydər Əliyev xatirə parkı, “Xocalı soyqırımı” abidə-kompleksi, Göyşaban qala kompleksi, Əfqanistan parkı, Həzi Aslanov Xiyabanı və Əsgər Əliyev parkı əsaslı təmir edilib, Ləvəngi dairəsində saat qülləsinin inşası həyata keçirilib. Bundan başqa, Mərkəzi kitabxananın dam örtüyü və fasadı yenilənib.

 

Keçidlər