Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran son 10 ildə: Kommunal xidmət sahəsində görülən quruculuq işləri

24 iyul 2023 | 11:16

      Lənkəranda son 10 il ərzində ayrı-ayrı sahələrdə aparılan tikinti, əsaslı təmir-bərpa, abadlıq, yenidənqurma, sosial inkişaf barədə məlumatları “Lənkəran son 10 ildə” başlığı ilə silsilə şəklində oxucularımızla bölüşürük. Kommunal xidmət sektoru üzrə Strateji Yol Xəritəsinin (2016-cı il) qəbul olunmasından sonra bu sahədə ölkədə dayanıqlı inkişafın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə edilib. Dövlət başçısı cənab İlham Əliyevin kommunal sahədə fəaliyyət səmərəliliyinin və xidmət səviyyəsinin yüksəldilməsi, təhlükəsiz və davamlı təchizat məsələləri daim diqqət mərkəzindədir. Onun qayğısı nəticəsində 2012-2023-cü illər ərzində Lənkəranda da sözügedən sahədə əsaslı dönüş yaradılıb. Belə ki, sözügedən dövrdə rayonun qazlaşdırılmasında mühüm işlər görülüb və Lənkəranın 95,9 faiz ərazisi tam qazlaşdırılıb. Qeyd edək ki, Lənkəranda ümumi təsərrüfat sayı 50242-dir ki, 2012-ci il yanvar ayının 1-ə olan məlumata görə, 13086 fərdi ev qazla təmin olunduğu halda, 2023-cü ildə bu rəqəm 48118-ə yüksəlib. Cari ildə Daşdatük, Moloja və Aşağı Apu kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.

     2018-ci ildə Lənkəranda 2x20 MVA gücündə 110/35/10 kv-luq Lənkəran-2 yarımstansiyası quraşdırılıb. Lənkəran şəhəri, rayonun Aşağı Nüvədi və İstisu qəsəbələri, Şiləvar, Digah, Sütəmurdov, Velədi, Küvənil, Səpnəkəran, Yuxarı Nüvədi, Kənarmeşə, Seydəkəran, Şilim, Girdəni, Şürük, Türkəkəran, Tütəpeştə, Mogonojba, Xolmili, Şıxəkəran və Viyən kəndlərində yeni elektrik dirəkləri, xətləri çəkilməklə və transformatorlar quraşdırılmaqla elektrik təsərrüfatı yenidən qurulub. Bundan başqa, Lənkəran şəhərinin küçələrinin, o cümlədən aeroport yolundan Şağlaküçə ipək yolunadək olan ərazinin ən müasir işıqlandırma sistemi ilə təmin olunması istiqamətində uzunluğu 98482 metr olmaqla, 144 küçəni əhatə edən 3090 ədǝd müasir tipli işıq dirəyi quraşdırılıb. Bundan başqa, yeni inşa edilmiş Ələt-Astara avtomobil yolunun Girdəni istiqamətindən şəhərə girişi, həmçinin rayonunun Qurumba kəndində inşa olunan “ASAN xidmət” mərkəzinə aparan avtomobil yoluna yeni elektrik dirəkləri quraşdırılmaqla və xətləri çəkilməklə müasir tələblər səviyyəsində işıqlandırılması təmin olunub. Qeyd edək ki, Lənkəranın tam işıqlandırılması üçün 3-cü mərhələdə ipək yolu körpüsündən Səpnəkəran kəndinə kimi uzunluğu 6400 metr olmaqla 185, Liman şəhərində uzunluğu 31080 metr olmaqla 926, Səpnǝkǝran körpüsündən Xanbulan iqamətgaha kimi uzunluğu 6600 metr olmaqla 220, Xanbulandan Astaranın girişinə kimi uzunluğu 2100 metr olmaqla 70 ǝdəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulub. Bu mərhələdə ümumilikdə uzunluğu 46180 metr olmaqla 1401 ədǝd işıq dirəyi quraşdırılacaq.

        Lənkəranın içməli su təchizatının yaxşılaşdırılması istiqamətində də 2012-2023-cü illər ərzində mühüm addımlar atılıb. Belə ki, 2013-cü ildə Lənkəran şəhərində yeni içməli su xəttinin çəkilişinin açılışı mərasimdə Cənab Prezident İlham Əliyev iştirak edib. Bundan başqa, Şiləvar, Digah, Sütəmurdov və Velədi kəndlərində yeni içməli su xəttləri çəkilib istifadəyə verilib. Bütün bunlarla yanaşı, qeyd edək ki, 300- dən artıq çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib.

 

Keçidlər