Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

2025-ci ilin ilk günlərindən Lənkəranda abadlıq-quruculuq işlərinə start verilib

19 yanvar 2025 | 12:44

  Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin aparılması, ərazinin təmiz və səliqəli saxlanılması Şəhər İcra hakimiyyətinin gündəlik fəaliyyət istiqamətlərindəndir. Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbilər Planına uyğun olaraq abadlıq, təmir-bərpa işləri,  vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, habelə yolboyu hasarların ağlay daşlarla üzlənməsi  işləri aparılır. 

  Hazırda Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli, Şəhidlər Xiyabanı (Kiçik Bazar ərazisi) və Şəhidlər Xiyabanı dalan 6 küçələri, habelə Ələt-Astara magistral yolunun Göyşaban kəndi ərazindən keçən hissəsində işlər davam etdirilir.

  Qeyd edək ki, kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri ayrılmış vəsaitə uyğun olaraq ilboyu davam etdiriləcək.

  İnsanların zövqünü oxşayan abadlıq-quruculuq işləri Lənkəran sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər