Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Ali məktəb

Lənkəran Dövlət Universiteti (LDU) 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı, 1992-ci ildən isə müstəqil Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə 6 fakültə (“Riyaziyyat və informatika” , “Kimya və fizika”, “Biologiya və ekologiya”, ), 14 kafedra vardır.

"Təbiyyat" fakültəsi nəzdində “Riyaziyyat və informatika” , “Kimya və fizika”, “Biologiya və ekologiya” kafedraları fəaliyyət göstərir.

“Filologiya və ibtidai təhsil” fakültəsi nəzdində "Azərbaycan dili və ədəbiyyat", "Xarici dillər və tərcümə" və "İbtidai təhsil və məktəbəqədər təlim" kafedraları fəaliyyət göstərir.

“Tarix-coğrafiya və incəsənət” fakültəsi nəzdində "Tarix və onun tədrisi metodikası", "Coğrafiya və onun tədrisi metodikası" və "Pedaqogika, psixologiya və incəsənət fənləri" kafedraları fəaliyyət göstərir.

“İqtisadiyyat və idarəetmə” fakültəsi nəzdində “İqtisadiyyat və innovativ idarəetmə” və “Maliyyə idarəetməsi və audit” kafedraları fəaliyyət göstərir.

“Aqrar və mühəndislik” fakültəsi nəzdində “Texnologiya və texniki elmlər” və “Baytarlıq və aqrar elmləri” kafedraları fəaliyyət göstərir.

“Baytarlıq” fakültəsi nəzdində “Baytarlıq və zoomühəndislik elmləri” kafedrası fəaliyyət göstərir.

Universitetdə respublikanın bütün bölgələrindən və xarici ölkələrdən olan bakalavr və magistratura üzrə 7000-ə yaxın tələbə, doktorantura səviyyəsi üzrə 20 nəfər təhsil alır, 400-dən çox professor-müəllim və inzibati heyət çalışır. LDU-da elmin əsas sahələri üzrə doktorantura və dissertantura fəaliyyət göstərir. Universitetdə ardıcıl elmi seminarlar, diskussiyalar, debatlar, görkəmli elm, mədəniyyət, incəsənət xadimləri və ziyalılarla görüşlər təşkil olunur, idman yarışları keçirilir.

Lənkəran Dövlət Universiteti ERASMUS+, Mevlana, HORİZON-2020 və digər beynəlxalq layihələrinin iştirak-çısıdır. Bu layihələr çərçivəsində universitetimiz bir çox xarici universitetlərlə tələbə və müəllim mübadiləsi həyata keçirmiş, "QS Rankings"ə qoşulmuş, həm xarici, həm də respublika ali təhsil müəssisələri ilə ikili diplom müqavilələri imzalamışdır.

Lənkəran Dövlət Universitetinin infrastrukturuna 4 tədris binası, 10 laboratoriya, aqrar təcrübə sahəsi, istixanalar, turizm təcrübə mərkəzi, İngilis dili mərkəzi, linqofon kabineti, idman zalı, iki kiçik və bir böyük futbol meydançası, fitness zalı, konfrans zalları, elmi kitabxana (elektron), elmi kitabxananın nəzdində internet şəbəkəyə çıxışı olan 5 oxu zalı (üç oxu zalı tədris korpuslarındadır), müasir standartlara cavab verən TV, internet və s. ilə təchiz olunmuş oğlanlar və qızlar üçün ayrı-ayrı yataqxanalar, professor-müəllim heyəti üçün xidməti mənzillər, yeməkxanalar və mətbəə daxildir. Universitetin elektronlaşdırılması məqsədilə "Elektron Universitet" layihəsi işlənib hazırlanmış və lahiyə uğurla tətbiq edilməkdədir.

"Turizm və Otelçilik" və "Qida məhsulları mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığının aparılması məqsədilə Turizm tədris-təcrübə bazası, Qida texnologiyası, Qida təhlükəsizliyi laboratoriyaları fəaliyyət göstərir. Universitetin ərazisində 3 hektar sahədə sitrus bitkiləri və kənd təsərrüfatı məhsulları becərəlir. Hər bir tədris binasının ətrafında tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeməkxanalar, yaşıllıqlarla əhatə olunmuş parklar mövcuddur.

Universitet dünyanın bir sıra qabaqcıl ali məktəbləri ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir. Belə ki, LDU Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür və Rusiya Federasiyasının Samara Dövlət Universiteti, Ural Dövlət Aqrar Üniversiteti, Başqır Dövlət Aqrar Üniversiteti, Puşin Dövlət Təbiyyat Elmləri İnstitu, Başqır Dövlət Üniversiteti ilə Türkiyənin Avrasiya Universiteti, İqdır Universiteti, Sinop Universiteti, Kocaeli Universiteti, Artvin Coruh Universiteti, Kastomonu Universiteti, Sakarya Universiteti, Üsküdar Universiteti, Atılım Universiteti, Bülent Ecevit Universiteti, Yalova Universiteti, Kars Universiteti ilə Belorusiyanın Belarus DÖvlət Aqrar Texniki Universiteti ilə, Moldovanın Moldova Azad Beynəlxalq Universiteti, Polşanın Bıdqoş İqtisadiyyat Universiteti ilə, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti ilə, Macarıstanın Kapoşvar Universiteti ilə çoxtərəfli əməkdaşlıq müqavilələri vardır.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2-ci bəndinə əsasən professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə LDU-da hər birinin sahəsi 50,5 m2 olmaqla ümumi sahəsi 360 m2 təşkil edən, müasir tələblərə cavab verən 6 ikiotaqlı xidməti mənzil inşa edilmiş və müəllimlərin istifadəsinə verilmişdir.

Həmçinin mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədris prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsilalanların və təhsilverənlərin kitabxana və biblioqrafiya-məlumat xidmətləri ilə təminatını həyata keçirmək məqsədilə İnformasiya kommunikasiya və kitabxana mərkəzi və bu mərkəzin daxilində 2 bölmə - "İnformasiya kommunikasiya və kommunikasiya" və "Kitabxana" bölmələri yaradılmışdır. Elektron Universitet layihəsinə start verilərək LDU-nun İnformasiya kommunikasiya və kitabxana mərkəzinin əməkdaşları - təcrübəli mütəxəssislər tərəfindən hazırlanmış və onun mərhələlərlə tətbiqi nəzərdə tutulmuşdur. Layihələndirmə ərəfəsində Azərbaycan ali məktəblərində tətbiq edilmiş uyğun sistemlər, onların imkanları, texniki təminatı öyrənilmiş, həmin universitetlərin əməkdaşları, bu sferada çalışan layihə rəhbərləri və proqramçılarla təcrübə mübadiləsi aprılmışdır.

LDU-da bakalavriat və magistratura səviyyələrində son ildə əlavə olaraq regionun sosial-iqtisadi inkişaf prespektivlərini nəzərə almaqla kənd təsərrüfatı yönümlü bir sıra ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlığı aparılmaqdadır. Bununla əlaqədar LDU-nun yardımçı təcrübə təsərrüdatı üçün 7,5 hektar ayrılmışdır. Təcrübə sahəsində istilikxana salınmış və bir sıra bitkilər becərilmişdir. Həmçinin Cənub bölgəsi üçün spesifik olan sitrus bitkilər və çay bitkisi əkilmişdir.

Universitet təkcə elmi-praktik konfransların deyil, eyni zamanda ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin də təşəbbüskarı və təşkilatçısıdır. Universitetdə Heydər Əliyev muzeyi və idarəçilik məktəbi fəaliyyət göstərir. Bu ideoloji mərkəzdə hər ay müxtəlif mövzularda məşğələlər keçirilir. Universitetdə elmin müxtəlif sahələri və aktual problemləri üzrə hərtərəfli tədqiqat işi aparılır, “Lənkəran Dövlət Universitetinin xəbərləri” adlı 2 seriyalı (humanitar və təbiət) elmi məcmuə , "Elmi Konfrans materialları" adı ilə jurnallar nəşr edilir. 

2024-cü ildən Lənkəran Dövlət Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan QS stars reytinq sistemində iştirak etməyə başlamışdır. QS Stars-də məlumatları yeniləmək və Beynəlxalq Əməkdaşlıq Şöbəsində bir neçə əsas fəaliyyətə diqqət yetirilmişdir. Xüsusilə LDU-nun Websaytında məlumatların yenilənməsi və QS Stars meyarlarına uyğunlaşdırmaq üçün LDU-nun siyasəti yenilənmişdir. 

 

Keçidlər