Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

       Rayon əhalisinin təhsil səviyyəsi ilbəil artır. 2009-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə 963 və ya 1999-cu illə müqayisədə 28,1 faiz çox ali və ümumi orta təhsilli şəxs düşür.

      2019/2020-ci dərs ilinin əvvəlinə rayonda 88 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, təhsil müəssisələrin 33563 şagird təhsil almışdır. Ümumtəhsil məktəbləri şagirdlərinin 12,4 faizi ikinci növbədə oxuyurlar.
      Lənkəran şəhərində 2 dövlət orta ixtisas təhsil müəssisələrində 1414, ali təhsil müəssisəsi - Lənkəran Dövlət Universitetində isə 4006 tələbə oxuyur.
      2019/2020-ci dərs ilində ali təhsil müəssisələrinə 1248 tələbə qəbul olunmuş, buraxılış isə 585 nəfər təşkil etmişdir.
      Orta ixtisas məktəblərinə  476 tələbə qəbul olunmuş, 344 nəfər isə məktəbi bitirmişdir.
     

 

Keçidlər