Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2021-ci ildə Lənkəran rayonunun

sosial-iqtisadi inkişafının makroiqtisadi   

göstəriciləri

 

      Lənkəran rayonunda iqtisadiyyatın sahələri üzrə ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə sabit qiymətlərlə 504848,4 min manat olmuş və keçən illə müqayisədə 5,4 faiz artmışdır. Ümumi məhsulun 24,7 faizi sənayedə, 27,2 faizi kənd təsərrüfatında, 8,1  faizi tikintidə, 1,8  faizi nəqliyyat və anbar təsərrüfatında, 0,7 faizi informasiya və rabitədə, 37,5 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində istehsal olunmuşdur. 

  

2021-ci ildə tarlalardan qarğıdalı da daxil olmaqla  8135,1  ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 3857,8 ton(7,1 faiz az) kartof, 84761,2 ton(4,6 faiz çox) tərəvəz, 20795,5 ton(3,3 faiz çox) meyvə və giləmeyvə, 317,2 ton(36,7 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

    2020-ci  illə müqayisədə diri çəkidə ət istehsalı 0,7 faiz artaraq 6930,5 ton, süd istehsalı  0,8 faiz artaraq 35210,2  ton, yumurta istehsalı 0,5 faiz artaraq 19404 min ədəd və yun istehsalı 40,2 ton olmuşdur. Bundan başqa, rayonda  11773,5 kiloqram barama istehsal olunmuşdur.

    2020-cu il ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 0,7 faiz artmışdır.

     Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2020-ci ilə nisbətən 52,2 faiz artaraq 124767,7 min manat təşkil etmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 85,5 faizi emal, 12,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

    Sənayedə qeyri-dövlət sektorunun payı 85,6 faiz olmuşdur. Ümumi istehsalın       85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

    İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki  dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci il vəziyyətinə 2520,9 min manatlıq hazır məhsul olmuşdur.

     2021-ci ildə əsas kapitala 27322,7  min manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 21856,2 min manatı və ya 80,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

    Avtomobil nəqliyyatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2021-ci  ildə  1681 min ton yük, 19434 min sərnişin daşınmışdır. 2020-ci  il ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır.

    İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş  3365,4 min manatlıq xidmətlərin 80,9 faizi əhaliyə aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ildə  göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 10,5 faiz artmışdır.

    2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 577297,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 82549,2 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,3 faiz artmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 6,8 faiz azalmışdır.

    2021-ci ildə 2020-ci il ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 8,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artmışdır.

    2021-ci ilin yanvar-dekabr aylarında  muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı  2020-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq  461,6 manat təşkil etmişdir.

     Maliyyə Nazirliyinin yerli idarəsinin operativ məlumatlarına əsasən 2020-ci ildə yerli büdcəyə 15575,6 min manat vəsait daxil olmuş, büdcədən 13221,6 min manat vəsait xərclənmişdir.

    İlkin məlumatlara görə 2021-ci ildə əhalinin sayı 520 nəfər və ya 0,2 faiz artaraq   2022-ci il yanvar ayının 1-i vəziyyətinə 231573 nəfərə çatmışdır.

 

Makroiqtisadi göstəricilər ( min manat )

 

Göstəricinin adı

2021-ci ildə,

faktiki

2021-ci il

2020-сi ilə

nisbətən, faizlə

Məlumat üçün

2020-ci il

2019-сu ilə

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı

504848,4

105,4

85,1

Sənaye məhsulu, min manat

124767,7

152,2

98,6

     o cümlədən qeyri dövlət sektoru

106809,7

        162,3

106,8

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

27322,7 

52,2

72,8

Kənd təsərrüfatı məhsulu, min manat

137133,9

103,8

101,4

     o cümlədən: bitkiçilik

77568,6

106,3

102,1

                          heyvandarlıq

59565,3

100,7

100,6

Nəqliyyat sektorunda yük daşınması, min ton

1681

101,2

67,1

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

19434

101,4

55,5

İnformasiya və rabitə xidmətləri, min manat

3365,4

110,9

102,3

Pərakəndə ticarət dövriyyəsi, min manat

577297,3

103,3

100,3

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

82549,2

106,8

72,9

Dövlət büdcəsinin gəlirləri, min manat

15575,6

117,9

x

Dövlət büdcəsinin xərcləri, min manat

13221,6

120,9

x

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat(yanvar-noyabr ayları)

461,6

103,7

119,5

 

Sənaye

 

     2021-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 52,2 faiz  artaraq 124767,7 min manat təşkil etmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 85,5 faizi emal, 12,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

    Sənayedə qeyri-dövlət sektorunun payı 106809,7 min manat(85,6 faiz) olmuşdur. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

    İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki  dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci il vəziyyətinə 2520,9 min manatlıq hazır məhsul olmuşdur.

Malların istehsalı və xidmətlərin göstərilməsi, fəaliyyət növləri üzrə

Fəaliyyət növlərinin

Malların istehsalı və xidmətlərin göstərilməsi - cəmi, min manatla

kodu

adı

hesabat dövrünün əvvəlindən

əvvəlki ilin müvafiq dövründə

A

B

1

2

Sənaye üzrə cəmi

124767,7

81956,5

Mədənçıxarma sənayesi

148.0

117.5

08

Mədənçıxarma sənayesinin digər sahələri

148.0

117.5

Emal sənayesi

106661,7

65728,6

10

Qida məhsullarının istehsalı

104380,3

64243,1

11

İçki istehsalı

61,2

47,4

13

Toxuсuluq sənayesi

40,9

16,1

14

Geyim istehsalı

677,9

76,6

16

Mebeldən başqa ağaсın emalı və ağaсdan məmulatların istehsalı

41,0

12,5

18

Poliqrafiya məhsullarının istehsalı

45,8

53,1

20

Kimya sənayesi

0.0

0.0

22

Rezin və plastik kütlə məmulatlarının istehsalı

107,7

188,8

23

Tikinti materiallarının istehsalı

604,7

490,6

25

Hazır metal məmulatlarının istehsalı

479,9

271,3

28

Maşın və avadanlıqların istehsalı

0

0.0

31

Mebellərin istehsalı

20,2

125,0

32

Sair sənaye məhsullarının istehsalı

0

7,4

33

Maşın və avadanlıqların quraşdırılması və təmiri

202,1

196,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı

15884,3

14428,4

35

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı

15884,3

14428,4

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

2073,7

1682.0

36

Suyun yığılması, təmizlənməsi və paylanması

1420,9

1060,9

38

Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi

455,3

436,8

39

Digər tullantıların yığılması və məhv edilməsi

197,5

184,3

 

 

    Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 148,0 min manat olmaqla, əvvəlki illə müqayisədə 26,0 faiz artmışdır.

    Sahənin əsas məhsulu olan tikinti qumu hasilatı 19,8 min ton təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.

    Emal sənayesində  106661,7 min manatlıq(əvvəlki ilə nisbətən 62,3 faiz çox) məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

    Əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 62,5 faiz, içki istehsalında 29,1 faiz artım müşahidə olunmuşdur.

    Yeyinti sənayesi müəssisələrində mühüm növ məhsullar istehsalı aşağıdakı kimi olmuşdur. 

 

 

Ölçü

vahidi

İstehsal(əmtəəlik) edilmişdir

Keçən ilə nisbətən, faizlə

Çörək məmulatı

Ton

219,5

 63,7

Emal olunmuş çay məhsulları

Ton

3703,8

4,0 dəfə

Emal edilmiş süd

Ton

11341,5

127,8

Yağ

Ton

106,3

41,9

Pendir və kəsmik

Ton

241,1

64,0

Qaymaq və yoqurt

Ton

488,6

 

81,7

 

    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 15884,3 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faizlik artım müşahidə olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 23,3 faiz artaraq 2073,7 min manat təşkil etmişdir.

    Hesabat ilində sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta  sayı  əvvəlki ilin müvafiq dövründə olduğundan 8,3 faiz azalaraq  1994  nəfər təşkil etmişdir. Çalışan işçilərin orta aylıq nominal əmək haqqı  469,3 manat olmuş və əvvəlki ilə nisbətən 13,4 faiz artmışdır.

Sənayenin bölmələri üzrə orta aylıq nominal əmək haqqı,manat

 

Fəaliyyət növlərinin adı

2021-ci il

2020-ci  ilə

nisbətən,

faizlə

Cəmi

468,7

113,4

Mədənçıxarma sənayesi

264,9

102,0

Emal sənayesi

391,5

119,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

 

729,4

 

107,8

Su təchizatı, tullantılarının təmizlənməsi və emalı

450,6

108,5

 

Tikinti

 

    2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 27322,7  min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 5334,0 min manatı (19,5 faizi) istehsal sahələri üzrə, 12558,3 min manatı(46,0 faizi) xidmət sahələri üzrə obyektlərin, 9430,4 min manatı (34,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

    Ümumi sərmayənin 14720,3 min manatı(53,9 faizi) dövlət, 12602,4 min manatı(46,1 faizi) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 80,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 21856,2 min manat olmaqla əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 54,5 faiz azalmışdır.

    Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri  8887,4 min manat, müəssisə və təşkilatların vəsaitləri 8706,8 min manat, əhalinin şəxsi vəsaitləri 9728,5 min manat təşkil etmişdir.

    2021-ci ilin yanvar-dekabr  aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 19,2 faizi sənaye, 36,9 faizi tikinti, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 31,6 faizi təhsil, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,8 faizi ticarət; topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri fəaliyyət sahələrinə sərf edilmişdir.

    Hesabat ilində  ümumi sahəsi  12430,4  kvadrat metr (əvvəlki ildəkindən 51,1 faiz az ) yaşayış evi tikilib istifadəyə verilmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Əhalinin şəxsi vəsaiti hesabəna tikilmiş 105 yaşayış evlərinin və qeyri yaşayış tikililərinin dəyəri 6300,4 min manat olmuşdur.

    Tikinti sahəsində fəaliyyət göstərən tikinti müəssisələri hesabat ilində öz gücləri ilə 40703,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 32,8 faiz az tikinti işləri yerinə yetirmişdir. Tikinti işlərinin 8489,6 min manatını (20,9 faizini) yeni tikinti, yenidənqurma və genişləndirmə, 1990,1 min manatını (4,9 faizini) əsaslı təmir, 30216,5 min manatını (74,2 faizini) cari təmir, 7,0 min manatını isə sair işlər təşkil etmişdir. Öz gücləri ilə yerinə yetirilmiş tikinti işlərinin 29633,6 min manatını (72,8 faiz) dövlət mülkiyyətində olan təşkilatların, 11069,6 min manatı (27,2 faiz) qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatların payına düşür.

    2021-ci ildə tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə faktiki  işləyənlərin orta siyahı sayı 617 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 387,9 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7  faiz azalmışdır. Fəaliyyət göstərən tikinti müəssisələrində çalışan işçilərin 71,3 faizi dövlət təşkilatlarında, 28,7  faizi isə qeyri-dövlət  təşkilatlarında cəmləşmişdir.  

 

Kənd təsərrüfatı

 

      2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 137133,9  min manat təşkil etmişdir ki, onun da 77568,6 min manatı bitkiçilik, 59565,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

      2020-ci il  ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz artmışdır. Bitkiçilik məhsullarının istehsalı 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalın isə 0,7 faiz artmışdır.

      Bitkiçilik.  2021-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin  4844,3 hektar əkin sahəsindən 8135,1 ton və ya 2020-ci illə müqayisədə 37,4 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 16,8 sentner təşkil etmişdir.

     İstehsal olunmuş taxıl məhsulunun 21,8  faizini (1774,0 ton) buğda, 34,5 faizini           (2808,0 ton) arpa, 6,2 faizini  (506,0 ton) paxlalılar  təşkil etmişdir.

     2021-ci ildə  3857,8  ton və ya əvvəlki ilə nisbətən 7,1 faiz az  kartof, 84761,2 ton        (4,6 faiz çox) tərəvəz, 389,3 ton (34,2 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 89,7 sentner, bostan məhsulları üzrə       82,8 sentner, tərəvəz üzrə isə 206,3 sentner  olmuşdur.

     2020-iu illə müqayisədə 2021-ci ildə  100,3 hektar  çox çəltik əkilmişdir. 830,8 hektar əkilmiş çəltik sahəsindən 2668,1  ton məhsul götürülmüşdür ki, bu da keçən illə müqayisədə 109,5 ton çoxdur. Çəltiyin hər hektardan məhsuldarlığı 32,1 sentner olmaqla 2020-ci illə müqayisədə 2,9 sentner az olmuşdur.

     Meyvə və giləmeyvə istehsalı 2021-ci ildə 3,3 faiz artaraq 20795,5 ton təşkil etmişdir. İl ərzində əlavə olaraq 15,2 hektarda limon, 7,2 hektarda naringi meyvə bağları salınmışdır.

     2021-ci ildə 205,2 ton(65,3 faiz az) üzüm, 317,2  ton (36,7 faiz çox) yaşıl çay yarpağı yığılmışdır. Rayonda 4,7 hektar yeni çay sahəsi salınmışdır.

     Bitkiçilik məhsullarının yığımı aşağıdakı cədvəldə verilmişdir:

 

 

2021-ci il

2020-ci il

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsul-darlıq sent/ha

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsul-darlıq sent/ha

Payızlıq və yazlıq dənli və dənli       (paxlalı) bitkilərin cəmi

4844,3

8135,1

    16,8

2454,2

5919,0

    24,1

Ondan; buğda

718,1

1774,0

24,7

849,3

1881,1

22,1

             çəltik

830,8

2668,1

32,1

730,5

2558,6

35,0

Kartof

430,0

 3857,8

89,7

466

 4150,6

89,1

Tərəvəz

4109,5

 84761,2

  206,3

3982,7

 81024,6

  203,4

Ərzaqlıq bostan bitkiləri

47,0

  389,3

    82,8

82,5

  591,4

    71,7

Meyvə və giləmeyvə

1772,3

20795,5

117,3

1723,6

20122,7

116,7

Yaşıl çay yarpağı

355,8

     317,2

8,9

377,8

     232,0

6,1

 

      Heyvandarlıq.  2021-ci  ildə  6930,5  ton, yaxud  əvvəlki ilə nisbətən 0,7  faiz çox diri çəkidə ət, 35210,2  ton (0,8 faiz çox) süd, 19404 min  ədəd (0,5 faiz çox) yumurta,         40,2  ton yun  istehsal olunmuşdur.

     2021-ci ildə hər inək və camışdan orta hesabla 1427 kiloqram süd sağılmışdır         (2020-ci ildə 1430 kq).

      Heyvandarlıq  məhsullarının  istehsalının    dəyişməsi əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı kimi olmuşdur.

 

 

Ölçü

vahidi

 

2020-ci il 

2021-ci il

2021-ci il

2020-ci ilə        nisbətən,  %-lə

Ət ( diri çəkidə )

ton

   6880,6

   6930,5

100,7

Süd

ton

34936,2

35210,2

100,8

Yumurta

 min ədəd

19300,0

19404,0

100,5

Yun

ton

      40,2

      40,2

100,0

 

    İlkin məlumatlara görə 2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 53302 baş iribuynuzlu mal-qara, o cümlədən 24678 baş inək və camışlar mövcud olmuşdur. Qaramal naxırının 46,3 faizini inək və camışlar təşkil edir. Qoyun və keçilərin sayı 23474 baş olmaqla il ərzində 99 baş artmışdır.

        Cari ilin yanvar-dekabr  aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 114,8 ton (keçәn il 151,8 ton) quş әti istehsal olunmuşdur.

 

Nəqliyyat

 

    2021-ci  ildə  avtomobil  nəqliyyatı  ilə 1681 min  ton  və  ya  2020-ci ilə  nisbətən 1,2 faiz çox yük  daşınmışdır.  Bu  dövrdə  yük  dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq 334,3 min ton-km təşkil etmişdir.

    Hesabat ilində  sərnişin daşınması 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artmış və 19434 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 221.8  milyon sərnişin-km olmaqla 1,1 faiz artmışdır.

    Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 8948,4 min manat olmuş və        2020-ci il ilə müqayisədə 27,4 faiz artmışdır.

    Fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 7,2  faiz artmış və 5403,5 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında onun xüsusi çəkisi 60,4 faiz olmuşdur. Məhsul buraxılışında yük daşınmasından əldə olunan gəlirlər 2301,2 min manat  (ümumi gəlirin 42,6 faizi), sərnişin daşınmasından əldə olunan gəlirlər 3102,3 min manat (ümumi gəlinin 57,4 faizi) olmuşdur. Məhsul buraxılışının həcmi yük daşınmasında 16,2 faiz və sərnişin daşınmasında 1,3 faiz artmışdır.

 

İnformasiya və rabitə

 

    2021-ci il ərzində informasiya və rabitə müəssisələri 3365,4 min manatlıq xidmət göstərmişdir ki, onun da 80,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 10,5  faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 5,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

   

İstehlak bazarı

 

     2021-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 668130,8 min manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artmışdır.      

    Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsinə nisbətən real ifadədə 3,4 faiz artaraq 643453,6  min manata bərabər olmuş, onun 86,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.

 

İstehlak bazarı üzrə əsas göstəricilər

 

 

2021-ci il,

min manat

 

 

2021-ci il 2020-ci ilə nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsul-ların və göstərilmiş xidmətlərin ümumi dəyəri

668130,8

103,8

o cümlədən:dövlət mülkiyyəti üzrə

24677,2

106,7

          qeyri-dövlət mülkiyyəti üzrə

643453,6

103,4

ondan: fərdi sahibkarlar üzrə

558446,7

103,1

 

    Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 240,7 manatlıq və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə etmişdir.

 

Məhsul bazarı

 

    2021-ci ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 577297,3 min manat olmuşdur.

 

Məhsul bazarı üzrə əsas göstəricilər

 

 

2021-ci il,

min manat

2021-ci il

 2020-ci ilə nisbətən, faizlə

Pərakəndə ticarət

dövriyyəsi

577297,3

103,3

o cümlədən:

müəssisələr üzrə

69944,5

126,1

fərdi sahibkarlar üzrə

457098,7

100,8

bazar və yarmarkalar üzrə

50254,1

85,7

 

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 208,0 manatlıq və ya 2020-ci il ilə müqayisədə 18,8 manat çox əmtəə almışdır.

    2021-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2020-cu ilin eyni dövrünün səviyyəsinə nisbətən real ifadədə 2,0 faiz artaraq 373495,6 min manata çatmışdır. Ticarət dövriyyəsi 203801,7  min manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2020-ci il ilə müqayisədə 4,8 faiz çox olmuşdur.

    Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 134,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 73,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

    2021-ci ildə  istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin  64,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 35,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

İctimai iaşə xidmətləri

 

    2021-ci ildə  ictimai iaşə dövriyyəsi 2020-ci il ilə müqayisədə real ifadədə 50,4 faiz artaraq 8284,3 min manat olmuşdur.

    Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,0 dəfə artaraq  3910,4 min manat olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üzrə isə ictimai iaşə dövriyyəsinin həcmi 4,5 faiz artaraq 4373,9 min manat təşkil etmişdir.

 

 

Əhaliyə göstərilən ödənişli xidmətlər

 

     2021-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8 faiz artaraq 82549,2 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 32166,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 39,0 faizini təşkil etmişdir.

    Hesabat ilində  hər bir rayon sakini orta hesabla ayda 29,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

    Ödənişli xidmətlərin həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:

 

 

2021-ci il,

min manatla

2021-ci il,

2020-ci ilə

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi həcmi

 82549,2

106,8

o cümlədən: hüquqi şəxslər

32166,0

117,2

                     fiziki şəxslər

50383,2

101,1

   

    Əhaliyə göstərilmiş xidmətlərin 29,9 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Qeyri-dövlət müəssisələri tərəfindən əhaliyə 57880,3 min manatlıq və ya 2020-ci ilin müvafiq dövründən 7,1 faiz çox ödənişli xidmət göstərilmişdir.

 

Məşğulluq və işsizlik

 

    2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 119677 nəfər olmuş, onlardan 111876 nəfərini məşğul əhali təşkil etmişdir.

    2021-ci ildə faktiki muzdla işləyənlərin orta siyahı sayı 21809 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 13245 nəfər, qeyri-dövlət sektorunda isə 8564 nəfər təşkil etmişdir.

    Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 16,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,2 faizi emal sənayesində, 2,8 faizi tikintidə, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 0,1 faizi mədənçıxarma sənayesində, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

    Xidmət sahəsində işləyənlərin 30,5 faizi təhsil, 25,7 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi istirahət, əyləncə və incəsənət, 1,3  faizi peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

    2021-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,8 saat təşkil etmişdir.

    “Azərbaycan Respublikası Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində  Lənkəran rayonunda   2021-ci  ildə  770 yeni iş yeri açılmışdır ki, bunun da  590-ı daimidir. Daimi iş yerlərindən 495-i və ya 83,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 95-i  və ya 16,1 faizi mövcud və fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda açılmışdır.

 

Əmək haqqı

 

    2021-ci ilin yanvar-dekabr  aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 461,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları   505,3 manat, özəl müəssisələrdə isə 393,9 manat olmuşdur.

 

2021-ci ildə iqtisadi fəaliyyət və

mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

 

İqtisadi fəaliyyət növləri

 

Cəmi

o cümlədən

dövlət

qeyri-dövlət

Rayon üzrə-cəmi

461,6

505,3

393,9

Kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq

380,3

412,8

339,3

Mədənçıxarma sənayesi

264,9

-

264,9

Emal sənayesi

391,5

-

391,5

Elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı

729,4

729,4

-

Su təchizatı, tullantıların təmizlən-məsi və emalı

450,6

450,6

-

Tikinti

387,9

401,6

353,8

Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri

353,6

328,0

353,6

Nəqliyyat və anbar təsərrüfatı

346,3

385,1

298,3

Yaşayışın təşkili və ictimai iaşə

567,4

-

567,4

İnformasiya və rabitə

439,2

430,6

473,7

Maliyyə və sığorta fəaliyyəti

1408,2

1091,8

1445,3

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

1150,8

1413,0

306,1

Peşə, elmi və texniki fəaliyyət

556,5

508,6

821,0

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

302,1

307,5

290,7

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

787,8

817,5

290,4

Təhsil

470,7

473,1

231,2

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

471,6

474,3

288,9

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

405,6

406,8

324,5

Digər sahələrdə xidmətlərin göstərilməsi

448,5

367,5

490,7

 

    Yaşayışın təşkili və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

 

 

 

 

 

 

 

 


  

Keçidlər