Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Zövlə kəndinin sakinləri Taleh Qaraşovun qəbul görüşündən razılıqlarını ifadə ediblər

09 mart 2023 | 10:40

    Martın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Zövlə kəndində keçirib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərin dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, səyyar görüşlər vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət edir. Bildirilib ki, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir. Taleh Qaraşov əhalinin həssas qruplarına xüsusi yanaşmanın vacibliyi məsələsinə də toxunub. İcra başçısı qeyd edib ki, dövlət hər zaman həssas qrupların sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzarətdə saxlayır, onların qayğı və problemlərinin həlli istiqamətində bütün mümkün imkanlarını səfərbər edir.

    Səyyar qəbulda yerli insanlar tərəfindən səsləndirilən bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımların atılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi aidiyyəti şöbə və qurumlar tərəfindən nəzarətə götürülüb.

   Kənd sakinləri icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakının qaldırılan məsələlərin yerində və operativ həllinə zəmin yaratdığını qeyd ediblər.

    Zövlə kəndinin sakinləri fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini vurğulayıblar. Yerli insanlar çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər