Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Xolmili kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razı qalıblar

02 noyabr 2023 | 10:35

    Noyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

    Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

   Lənkəran ŞİH başçısı Taleh Qaraşov qəbul-görüşdə iştirak edən sakinlərə ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib və bildirilib ki, obyektiv qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb və digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb, bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilib.

   İcra başçısı ölkə prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla birbaşa dialoq mühitinin daha da gücləndirildiyini, müraciətlərə həssas və şəffaf yanaşıldığını qeyd edib. Onun sözlərinə görə, bütün müraciətlər dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təklif irəli sürülür. Taleh Qaraşovı əhalinin həssas təbəqələrinə qarşı dövlətin hər zaman diqqət göstərdiyini, xüsusilə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətdə saxladığını bildirib.

   Yerli sakinlər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğı ilə yanaşdıqlarını, nəticədə ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd ediblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər