Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Xəzər dənizinin Lənkəran ərazisindən keçən sahil zolağında növbəti ekoloji aksiya keçirilib

13 avqust 2025 | 11:45

  Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) yerli sakinlərin, eləcə də rayonumuza gələn qonaqların istirahətinin daha yaxşı təşkil olunmasından ötrü Tədbirlər Planına uyğun olaraq fəaliyyətini davam etdirir. Xüsusilə yay mövsümündə ölkədə, eləcə də rayonumuzda turizm sektorunda canlanma  müşahidə olunur ki, Lənkəranda yerli əhalinin və turistlərin ən çox üz tutduğu Xəzər dənizinin sahil ərazilərində mütəmadi təmizlik aksiyaları keçirilir.

  Növbəti ekoloji aksiya avqustun 12-də Lənkəran ŞİH-nin  və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə keçirilib. Xəzər dənizinin Lənkəran şəhər və Sütəmurdov kəndi ərazisindən keçən sahil zolağında keçirilən aksiyada şəhər İcra hakimiyyəti başçısı aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe yerli qurumların, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşları iştirak ediblər.

  Aksiya zamanı ərazilərdən​bərk məişət tullantıları, müxtəlif plastik qablar, polietilen torbalar yığışdırılaraq​aidiyyəti üzrə tullantı poliqonlarına daşınıb. Ekoloji aksiya zamanı çimərlik sahəsində yerləşən istirahət mərkəzləri, habelə vətəndaşlarla zəruri maarifləndirmə işləri də aparılıb.

  Sakinlərimizdən, eləcə də şəhərimizin qonaqlarından bir daha xahiş edirik, təbiəti, ətraf mühiti çirkləndirməyək və ekoloji cəhətdən təmiz ətraf mühitin qorunmasına hamılıqla səy göstərək.

Keçidlər