Vətən müharibəsi şəhidləri Raqim Hadıyev, Zabil İbadzadə və Eşqin Cəfərzadənin anım günündə məzarı ziyarət olunub
Noyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri Hadıyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun Alazəpin, Ürgə və Şiləvar kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!