Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Vətən müharibəsi şəhidi Həsənağa Abdullazadənin anım günündə məzarı ziyarət olunub

02 oktyabr 2024 | 17:48

   Oktyabrın 2-də Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir  oğlunun anım günündə II Fəxri Xiyabanda yerləşən məzarı ailə üzvləri və yaxınları tərəfindən ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb, ruhuna dualar edilib.

  Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhidin ailə üzvləri ilə əlaqə saxlanılıb, qayğı və problemləri ilə yaxından maraqlanılıb. 

  Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

           

            Allah rəhmət eləsin!

 

 

Keçidlər