Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Vətən müharibəsi şəhidi Qalib Əkbərzadə, Aprel döyüşləri şəhidi Əlizamin İslamov və Rusif Ağayevin məzarları ziyarət olunub

06 aprel 2023 | 18:37

     Aprelin 6-da Vətən müharibəsi şəhidi Əkbərzadə Qalib Əbdüləhəd oğlunun doğum və Aprel şəhidləri Əlizamin İslamov və Rusif Ağayevin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailələrinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Qeyd edək ki, Aprel şəhidləri Əlizamin İslamov və Rusif Ağayevin anım günündə rayon ərazisində xatirə tədbirləri də keçirilib.

    Şəhid Q.Əkbərzadə  Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq  “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

     Şəhid Əlizamin İslamov və Rusif Ağayev Aprel döyüşlərində göstərdikləri şücaətə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

     Allah rəhmət eləsin!

Keçidlər