Vel və Siyavar kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qalıblar
Sentyabrın 13-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Siyavar kənd inzibati ərazi dairəsində növbəti səyyar qəbul-görüş keçirib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov ötən dövr ərzində ərazidə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb və digər məsələlər barədə aidiyyəti üzrə dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. Ölkədəki sosial-iqtisadi istiqamətdə görülən işlər barədə danışan icra başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində bu tendensiyanın Lənkəranda da uğurla davam etdirildiyini vurğulayıb. Yerli sakinlərin qayğı və problemlərini dinləyən Taleh Qaraşov icra hakmiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, digər məsələlər aidiyyəti qurumlara müraciət olunmaq üçün nəzarətə götürülüb.
Vel və Siyavar kəndlərinin sakinləri şəxsi problem və qayğılarına icra başçısına sərbəst, maneəsiz söyləyə bildikləri və qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşma gördüklərinə görə minnətdarlıqlarını bildiriblər. Yerli insanlar çıxışlarında dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işləri yüksək dəyərləndiriblər və buna görə onlara təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.