Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Lənkəranda olub

10 iyun 2024 | 16:49

    İyunun 10-da Lənkəranın Türk Dövlətləri Təşkilatının (TDT) “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı rəsmi açılış mərasimində iştirak etmək üçün rayonumuzda səfərdə olan UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Saja Farooq Abdullah Lənkəran Şəhər İcra Hakimiyyətinin  (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı icra başçısı rəsmi qonağa rayonun tarixi, coğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə də ətraflı məlumat verib. UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edib.

  Sonra UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi,  gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Lənkəran Olimpiya idman kompleksində “Regional İqlim Həftəsi” çərçivəsində  gənclər üçün iqlim dəyişiklikləri ilə əlaqədar keçirilən təlimlərlə tanış olublar və kompleksin ərazisində gənclərlə birlikdə ağac əkiblər.

Keçidlər